Dərc edildi: Baxış sayı: 572
Elektrik enerjisindəki fasilədən sonra metronun 2 stansiyası fəaliyyətini bərpa edib
"Avtovağzal" və "Memar Əcəmi 2" metrostansiyaları fəaliyyətini bərpa edib. Bunu özəl olaraq Trend-ə "Bakı Metropoliteni"nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
Onun sözlərinə görə, saat 16:10 radələrində elektrik enerjisi kəsildiyindən Bakı metropoliteninin Bənövşəyi xəttində - "Avtovağzal" və "Memar Əcəmi" stansiyaları arasında qatarların hərəkəti mümkün olmayıb.
Saat 16:30-da gərginlik bərpa olunub və hər iki stansiyada qatarlar hərəkətini bərpa edib.
Hazırda qatarların hərəkətində heç bir problem yoxdur.
Mənbə: Trend.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət