Slimfit
  1. QƏHRƏMANLAR VƏ ŞƏHİDLƏR

Ələkbərov Azər Nəsib oğlu

Ələkbərov Azər Nəsib oğlu
Sakura

Ələkbərov Azər Nəsib oğlu - 20 yanvar şəhidi

Azər Ələkbərov - 20 yanvar şəhidi. 1967-ci ildə Bakıda anadan olub. Azərbaycan Respublikasının Prezidentinin 31 mart1998-ci il tarixdə fərmanı ilə ölümündən sonra 20 Yanvar Şəhidi fəxri adı verilmişdir.

172 nömrəli orta məktəbi bitirib. Azərbaycan Dövlət İncəsənət Universitetinin rejissorluq fakültəsinə daxil olub. III kursda oxuyurdu. Ailənin yeganə oğlu idi. Azər bədii fəaliyyətlə də məşğul olmuşdur. Qısa heykələrindən Bahar sevinci və Yol ayrıcında hekayələri məlumdur. Azər Ələkbərovun atası Nəsib Ələkbərov Ədəbiyyat qəzetinin 23 fevral nömrəsində oğlu haqqındakı yazısını bu sözlərlə bitirir:

Aman allah, oğul dərdi nə yaman olurmuş. O bizi od-alova salıb getdi. Onun yeri soyuq məzar, odlu-alovlu bu gen dünya bizim qəbrimiz!

Oğul, aralı ollam, 
Başı qaralı ollam, 
Yanında yer qalmayıb, — 
Bə mən haralı ollam?!

Şəhidlər xiyabanında dəfn edilib. Bu ünvanda yaşamışdır: Bakı, İnşaatçılar prospekti, 583-cü kvartal, ev 1, mənzil 9.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bütün qəzaların 80%-i 65km/s sürətdə baş verir

Redaktor seçimi

SON XƏBƏRLƏR