Slimfit
  1. AZƏRBAYCAN

“Elə həkimlər var ki, 5-6 min manat maaş alır” - Zaur Əliyev

“Elə həkimlər var ki, 5-6 min manat maaş alır” - Zaur Əliyev
Sakura

“Elə həkimlər var ki, 5-6 min manat maaş alır” - Zaur Əliyev

“Azərbaycanın 3 rayonunda pilot layihələr həyata keçirilir. Bunlar Mingəçevir, Yevlax və Ağdaş rayonlarıdır. Əsas məqsədimiz əhaliyə əlçatımlılığı təmin etmək və xəstəxanaların maliyyələşmə mexanizmini dəyişməkdir”.
Azvision.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında “Tibbi sığorta haqqında” qanuna dəyişiklik layihəsinin müzakirəsi zamanı Azərbaycan İcbari Tibbi Sığorta Dövlət Agentliyinin sədri Zaur Əliyev deyib. 

Onun sözlərinə görə, əvvəllər xəstəxanalar çarpayı və həkimlərin sayına görə maliyyələşirdi: “Pilot layihələr həyata keçirdiyimiz ərazilərdə maliyyələşməni tamamilə dəyişdik, onların göstərdiyi xidmətə görə maliyyələşməni təmin etdik. Layihə həyata keçirilən ərazilərdə həkimlərin və tibb işçilərinin əmək haqlarında dəyişiklik etdik".

Z.Əliyev qeyd edib ki, pilot layihə olduğu üçün müvəqqəti olaraq baza əmək haqları üzərinə göstərdikləri xidmətlərə görə həkimlərə müəyyən bonuslar hesablanıb: “Artıq onların əmək haqqında kifayət qədər yüksəlmə oldu. Pilot layihədə elə həkimlərimiz var ki, 5-6 min manat əmək haqqı alırlar. Orta tibb işçilərinin əmək haqqında da kifayət qədər yüksəlmə olub. Göstərilən tibbi xidmətlərə gəldikdə isə əməliyyat xidmətlərinin sayı 52 faiz artıb. Bilirsiniz ki, ölkədə ölümlər daha çox ürək-damar xəstəlikləri ilə bağlıdır. Layihə keçirdiyimiz ərazilərdə ölüm sayı azalıb”- Dövlət agentliyinin direktoru qeyd edib. 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş ilk 11 nəfərdən biri rus əsilli Yuri Petroviç Kovalyovdur.

Redaktor seçimi

SON XƏBƏRLƏR