Slimfit
  1. CƏMİYYƏT

"Elə bil Aydan gəliblər, 30 ildir ortaq əlifba işlədirik" - Keçmiş nazir

"Elə bil Aydan gəliblər, 30 ildir ortaq əlifba işlədirik" - Keçmiş nazir
Sakura

"Elə bil Aydan gəliblər, 30 ildir ortaq əlifba işlədirik" - Keçmiş nazir

Xəbər verdiyimiz kimi, bu gün elm və təhsil nazirinin müavini Firudin Qurbanov açıqlamasında bildirib ki, hazırda Ortaq Türk Ədəbiyyatı dərsliyi hazırlanır.

"Ortaq Türk Dünyasının Əlifbası dərsliyi də hazırlanacaq, Ortaq türk coğrafiyası dərsliyinin hazırlanması istiqamətində işlər isə artıq yekunlaşmaq üzrədir" - deyə nazir müavini qeyd edib.

Maraqlıdır, Ortaq Türk Əlifbasında hansı əlifbaya üstünlük veriləcək?

Mövzu ilə bağlı keçmiş təhsil naziri, türkoloq, filologiya elmləri doktoru, professor Firudin Cəlilov Redaktor.az-a danışıb.

O bildirdi ki, bu istiqamətdə atılan addımları müsbət qiymətləndirir:

“90-cı ildən bu dərsliklərin hazırlanmasına biz də başlamışdıq. Hətta Ortaq türk coğrafiyası dərsliyini çap edib, yaymışdıq. Elə bil ki, Aydan gəliblər, biz 30 ildir ki, ortaq əlifba işlədirik. Bu gün bizim işlətdiyimiz əlifba Ortaq türk əlifbasıdır, bunu Türkiyədə türk alimləri ilə toplaşıb qərara almışdıq. Təzədən nə əlifba yaradacaqlar, başım çıxmır. Ortaq türk əlfibasında üstünlük Azərbaycan əlifbasına olmalıdır, çünki biz ortaq əlifba işlədirik”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Hacı Zeynalabdin Tağıyevin cangüdəni, 1900-cü il.

Redaktor seçimi

SON XƏBƏRLƏR