Dərc edildi: Baxış sayı: 515
Eldar Əzizov xəbərdarlıq etdi: “Əgər vətəndaşlar qaydalara əməl etməsə...”
“Dezinfeksiya işlərini tez-tez etmək düzgün deyil. Bitkilər məhv olur, insanların sağlamlığına ziyan vurur”.
Ens.az Oxu.az-a istinadən xəbər verir ki, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Eldar Əzizov bildirib.
O qeyd edib ki, hər dəfə dezinfeksiya olunan küçələrin sayı artırılır:
“Axırıncı dəfə 400-dək küçə və prospekt dezinfeksiya olundu. Gələcəkdə bu işlər davam etdiriləcək və qəsəbə əhəmiyyətli yollar da dezinfeksiya olunacaq”.
“Əgər vətəndaşlar qaydalara əməl etməsə, virusun qarşısının alınmasında dezinfeksiya işləri də əhəmiyyətli olmayacaq”, - deyə E.Əzizov qeyd edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət