Dərc edildi: Baxış sayı: 522
Eldar Əzizov namizədlərə mitinq keçirməyə icazə vermədi
Bakı şəhər İcra Hakimiyyəti (BŞİH) Müsavat, REAL partiyaları, D 18 təşkilatı və müstəqil namizədlərin mitinqlə bağlı müraciətinə cavab verib.
BŞİH-dən Modern.az-a verilən məlumata görə, müraciətə baxılıb və mitinqin keçirilməsinə razılıq verilməyib.
Qeyd edək ki, Müsavat, REAL partiyaları, D 18 təşkilatı və müstəqil namizədlər seçkidə baş verənlərlə bağlı Bakı şəhəri metronun "28 May" stansiyasının qarşısındakı meydanda mitinq keçirmək barədə BŞİH-nə müraciət etmişdi.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət