Eldar Əzizov: "Müslüm Maqomayevin abidəsinin Dənizkənarı Milli Parkda qoyulması versiyası da var"
"Müslüm Maqomayevin heykəlinin ucaldılması ilə bağlı Cənab Prezidentin fərmanı var, bu sahədə işlər aparılır".
Ens.az APA-nın məlumatına istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov deyib.
O, bildirib ki, Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu böyük nailiyyətlər əldə edib: "Müslüm Maqomayevin heykəlinin hazırlanması ilə bağlı işlər görülür".
E.Əzizov Müslim Maqomayevin heykəlinin ucaldılacağı yerlə bağlı məsələyə də münasibət bildirib: "Abidənin Dənizkənarı Milli Parkda qoyulması versiyası da var. Bu məsələyə görkəmli ziyalar və mütəxəssislərin iştirakı ilə baxılır. Nəticə əldə olunandan sonra ictimaiyyətə məlumat veriləcək".
Qeyd edək ki, Xalq rəssamı Ömər Eldarov APA-ya açıqlamasında M.Maqomayevin heykəlinin Dənizkənarı Milli Parkda ucaldılacağını demişdi.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət