Slimfit
  1. CƏMİYYƏT

Elçin Sadıqovun fərdi vəkil fəaliyyəti ləğv edildi

Elçin Sadıqovun fərdi vəkil fəaliyyəti ləğv edildi
Sakura

Elçin Sadıqovun fərdi vəkil fəaliyyəti ləğv edildi

Vəkillər Kollegiyasının (VK) üzvü Elçin Sadıqovun fərdi vəkil fəaliyyəti ləğv edilib.

Ens.az Report.az-a istinadən xəbər verir ki, bu barədə vəkil özü məlumat yayıb.

O bildirib ki, 15 yanvar 2020-ci ildə barəsində yeni intizam icraatı başlayıb:

“Səbəb isə 15 iyul 2019-cu il tarixdə ölkədən deportasiyasının ləğv edilməsinə nail olduğum, 08 yanvar 2020-ci il tarixdə ölkədə bir illik yaşamasına icazə verildikdən bir gün sonra mənim barəmdə Vəkillər Kollegiyasına Gürcüstan vətəndaşı Janashia Leylanın şikayət etməsi idi.

Qarşı tərəfin nümayəndəsi Zümrüd Məmmədova vəkili isə Elçin Qəmbərov idi. Səbail Rayon Məhkəməsinin 02 sentyabr 2020-ci il tarixli, iş 2(009)-1179/2020 saylı qətnaməsi ilə və Yasamal Rayon Prokurorluğunun 30 iyul 2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarı ilə mənim əməlimdə heç bir qanun pozuntusu aşkar edilməməsinə baxmayaraq bu gün qanunsuz olaraq, hüququn aliliyi prinsipinə zidd olaraq mənə töhmət elan edildi və yenə də fərdi fəaliyyətim öz razılğım olmadan ləğv edilərək 14 saylı hüquq məsələhətxanasına köçürülməyim barədə qərar qəbul edildi.

VK Rəyasət Heyəti bildirdi ki, mən müqaviləni 17 may 2019-cu il tarixdə bağladığım halda orderin tarixni 14 may 2019-cu il tarix yazmışam. Halbuki məndə olan kötükdən görünür ki, həmin order 17 may 2019-cu il tarixdə verilib. Tərəf etibarnaməni mənə 14 may 2019-cu il tarixdə verib.

Janashianın işi uğurla bitdikdən sonra, onun rəfiqəsi mənə mənim razılğım olmadan digər şəxslərlə birlikdə etibarnamə verib. Mən də onlarla müqavilə bağlamaqdan imtina etmişəm. Onların özü də bu barədə izahat veriblər ki, Elçin Sadıqov onlarla müqavilə bağlamaqdan imtina edib”.

E.Sadıqov məhkəmənin qətnaməsi və cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qüvədə olduğu halda Vəkillər Kollegiyası Rəyasət Heyəti qərəzli şəkildə onun fərdi vəkil fəaliyyətini ləğv edib.

O əlavə edib ki, Janshia Leyla keçmiş deputat Elton Məmmədovun biznes şərikidir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Süleyman Rüstəmin bacısı yazıçı Cəlal Bərgüşadın həyat yoldaşı idi.

Redaktor seçimi

SON XƏBƏRLƏR