Slimfit
  1. AZƏRBAYCAN

Elçin Quliyev "Samur" gömrük-sərhəd buraxılış məntəqəsinə baxış keçirdi

Elçin Quliyev "Samur" gömrük-sərhəd buraxılış məntəqəsinə baxış keçirdi
Sakura

Elçin Quliyev "Samur" gömrük-sərhəd buraxılış məntəqəsinə baxış keçirdi

Sentyabrın 8-də Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev və Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev tərəfindən Azərbaycanın Rusiya ilə dövlət sərhədində yerləşən "Samur" gömrük-sərhəd buraxılış məntəqəsində şəxslərin və nəqliyyat vasitələrinin dövlət sərhədindən buraxılışı vəziyyəti yoxlanılıb.

Bu barədə virtualaz.org-a Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən məlumat verilib.

Məlumatda deyilir ki,Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dövlət sərhədindən buraxılış məntəqələrində şəxslərin və nəqliyyat vasitələrinin dövlət sərhədindən buraxılışı prosedurlarının təkmilləşdirilməsi barədə verdiyi tapşırıq­ların icra vəziyyəti və bu istiqamətdə gö­rülmüş tədbirlərin effektivliyinin dəyər­ləndirilməsi məqsədilə dövlət sərhədin­dən keçən şəxslərlə söhbətlər edilib, son müddət ərzində dövlət sərhədindən buraxılış məntəqələrinin xidməti fəaliy­yətində nəzərə çarpan yeniliklərin səmərəliyi barədə vətəndaşların fikirləri öyrə­nilib, təklif və müraciətləri dinlənilib.

Səfər çərçivəsində general-polkovnik Elçin Quliyev və gömrük xidməti general-leytenantı Səfər Mehdiyevin rəhbərliyi ilə xidməti müşavirə keçirilib, Azər­baycan Respublikasının Prezidenti İlham Əliyevin dövlət sər­hədindən keçən şəxslərin hüquqlarının maksimal qorunması ilə bağlı verdiyi tapşırıq və göstə­rişlərin icrası üzrə hər iki qurumun üzərinə düşən vəzifələr, o cümlədən sər­həd və gömrük təhlükə­sizliyinin gücləndirilməsi ilə yanaşı dövlət sərhədindən keçən şəxslərin yoxlanılmasına mümkün qədər az vaxt sərf edil­mə­sinin üsul və metodları haqqında geniş fikir mübadiləsi apa­rılıb.

“Samur” dövlət sərhədindən buraxılış məntəqəsindəki mövcud vəziy­yət, Dövlət Sərhəd Xidmətinin və Dövlət Gömrük Komitəsinin yerli bölmələrinin qar­şılıqlı fəaliyyətinin tənzimlənməsi məsələləri müzakirə edilib və vəzifəli şəxs­lə­rin məruzələri dinlənilib.

Son zamanlar sərnişin və yükdaşımaların həcminin əhəmiyyətli dərəcədə artması nəzərə alınaraq, dövlət sərhədindən buraxılış məntəqələrində xidməti fəaliyyətin daha da optimallaşdırılması, o cümlədən dövlət sərhədindən keçən şəxs­lər, nəqliyyat vasitələri və yüklər üzərində sərhəd və gömrük nəzarətinin daha səmərəli təşkilinə dair təkliflər müzakirə olunub.

Vətəndaşların və nəqliyyat vasitələrinin dövlət sərhədindən daha sürətli keçidinin təmin edilməsi məqsədilə rejim zonasının daxilində infrastrukturun daha da təkmilləşdirilməsi ilə bağlı tapşırıqlar verilib, cari ilin noyabr ayının sonunadək yekunlaşdırılması nəzərdə tutulub.

Şəxslərin və nəqliyyat vasitələrinin dövlət sərhədindən hərəkətinin daha da asanlaşdırılması, rejim zonasının yaxınlığındakı infrastrukturun yaxşılaş­dı­rıl­ması məqsədilə “Samur” dövlət sərhədindən buraxılış məntəqəsinin qarşı­sın­dakı ərazinin abadlaşdırılması və səliqəyə salınması məsələləri Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov ilə müzakirə olunub və qısa müddət ərzində həyata keçirilməsi barədə qərar qəbul edilib.   

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycanlı rəssam Faiq Əhmədin yaratdığı müasir xalçalar artıq dünyada tanınır. Bu şəkili Fransanın "Creapills" xəbər portalı paylaşıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR