Elçin Quliyev: Ermənistanla sərhədin mühafizəyə götürülməsi zəfər yürüşümüzün davamıdır
Ermənistanla sərhədin Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən mühafizəyə götürülməsi zəfər yürüşümüzün davamıdır.
Bu barədə Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyevin "Azərbaycan" qəzetində dərc olunan məqaləsində deyilir.
Qeyd olunur ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin yaxın günlərdə DSX-nin Sərhəd Qoşunlarının tərkibində Ermənistan ilə dövlət sərhədinin mühafizəsi və müdafiəsi təyinatlı "Qazax" əlahiddə sərhəd diviziyasının yaradılması qərarı Azərbaycan sərhədçilərinin bu istiqamətdə xidməti-döyüş fəaliyyətinə Ali Baş Komandan səviyyəsində verilən ən yüksək dəyər, ən ali qiymətdir:
"Qazax-Ağstafa rayonları ərazisində Azərbaycan-Ermənistan dövlət sərhədi Dövlət Sərhəd Xidməti tərəfindən mühafizəyə götürüldükdən sonra doqquz aylıq qısa bir müddətdə bilavasitə düşmənlə təmas xəttində ilk vaxtlar uyğunlaşdırılmış tikililərdə xidmətə başlayan sərhədçilərimiz üçün 75 ədəd ən müasir tələblərə cavab verən sərhəd məntəqəsi, iki hərbi hissə kompleksi tikilərək istifadəyə verilib".
E.Quliyev bildirib ki, Ali Baş Komandanın Azərbaycan sərhədçisinə etimadının göstəricisi olaraq Ermənistan ilə dövlət sərhədinin Qazax və Ağstafa rayonlarının ərazisindən keçən hissəsinin Dövlət Sərhəd Xidməti tərəfindən mühafizəyə götürülməsi dövlət sərhədlərinin bütövlüyünün təmin edilməsinin başlanğıcı olmaqla yanaşı, Azərbaycanın hərb qüdrətinin zəfər yürüşünün davamıdır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət