Slimfit
  1. BİOQRAFİYA

Elçin Hüseynbəyli

Elçin Hüseynbəyli
Sakura

Elçin Hüseynbəyli nasir, yazıçı-dramaturq, publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü, "Ulduz"…

Elçin Hüseynbəyli — nasir, yazıçı-dramaturq, publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü, "Ulduz" jurnalının baş redaktoru (2004-2014), "Ədəbiyyat qəzeti"nin baş redaktoru (2014).

 

Həyatı

Elçin Hüseynbəyli (ədəbi təxəllüsü: Qaraçuxa) 1961-ci il dekabrın 24-də Cəbrayıl rayonunda anadan olub. 1979-cu ildə həmin rayonun Şükürbəyli kənd orta məktəbini əla qiymətlərlə bitirib. 1980-1982-ci illərdə keçmiş Sovet ordusunda piyada qoşunlarda uğurlu hərbi xidmət keçib, "əlaçı əsgər" döş nişanına layiq görülüb.

1989-cu ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin jurnalistika fakültəsini fərqlənmə diplomu ilə bitirib.

1997-ci ildə Varşavada "İnsan haqları yay məktəbi"nin məzunu olub. 1999-cu ildən müxtəlif KİV-də, o cümlədən "Azadlıq" radiosunda işləyib, radionun Bakı bürosunu yaradıb. Azərbaycanda yeni informasiya modelini ilk təqdim edənlərdəndir.

2004-cü ilin mayında AYB sədri Anarın təqdimatı ilə "Ulduz" jurnalının baş redaktoru seçilmiş, 27 mart 2014-cü ilədək bu vəzifədə çalışmışdır. Həmin tarixdən "Ədəbiyyat qəzeti"nin baş redaktorudur. O, həm də AYB Katibliyinin yeddi üzvündən biridir. Xalq yazıçısı Anar onu yeni nəsil ədəbiyyatının layiqli təmsilçisi və sintetik janrlarda yazan qələm adamı kimi dəyərləndirib: "Elçinin timsalında ədəbiyyatımızda çox istedadlı, maraqlı, bənzərsiz, orjinal bir nasir yetişmişdir. Onun əsərlərində sürrealizm, əfsunlu realizm elementləri də var, mifik təfəkkür də, folklora bağlılıq da və bunların sintezi süni deyil, yazıçının daxili dünyasından keçirilmiş bir sintezdir".

E.Hüseynbəyli haqqında ölkənin ən tanınmış ədəbiyyat adamları 100-ə yaxın məqalə yazıblar. O, Türk Dünyası Ədəbiyyat Dərgiləri Konqresinin baş katibi, rus dilində nəşr olunan "Güney Qafqaz" dərgisinin Azərbaycan üzrə koordinatoru və redaktorudur.

Ümumdünya azərbaycanlıları qurultaylarının nümayəndəsidir.

2000-ci ildə istedadlı gənc yazar kimi Prezident təqaüdünə, 2008-ci ildə isə Prezidentin xüsusi mükafatına layiq görülüb.

2001-ci ildə "Yusif Səmədoğlu adına ən yaxşı nəsr əsəri", 2007-ci ildə "Humay", 2009-cu ildə Mədəniyyət və Turizm Nazirliyinin "Qızıl kəlmə" (nəsr üzrə ilk nominant kimi), eləcə də bir sıra ədəbi ödüllərə layiq görülüb.

Hekayə və romanları ali və orta məktəblərdə tədris olunur.

"Rəqs edən oğlan", "Balıq adam", "İki nəfər üçün oyun", "Cənab 21-ci əsr", "Yovşan qağayılar", "Tut ağacı boyunca", "On üçüncü həvari, 141-ci Don Juan", "Şah Abbas", "Metro vadisi", "Yolayrıcında qaçış", "Azıx", "Şimallı gəlin", "Kopelhausda bir axşam", "İki Od arasında" kitablarının, səkkiz romanın, yüzdən çox hekayə, esse və bədii məqalənin müəllifidir.

Onun roman və dram əsərləri əsasən sintetik janrlardadır: dünən, bu gün və gələcək. Təhkiyəsi axıcı, üslubu fərdidir. Əsasən milli problemləri qabardır, amma dünyanı bütöv qavrayır. Roman və dramları konkret ideyaya əsaslanır, süjet xətti kəskin intriqa üstündə qurulur. Əsərləri ingilis, rus, alman, fransız, polyak, ukrayna, litva, koreya, fars və s. dillərə tərcümə olunub, türkdilli xalqların dillərinə uyğunlaşdırılıb.

Kitablari Türkiyə, Rusiya, Litva, Özbəkistan və Gürcüstanda nəşr olunub.

Avropa Birliyinin regionda münaqişə tərəflərilə bağlı müxtəlif layihələrin iştirakçısı və əlaqələndiricisidir.

Doqquz pyesi dövlət teatrlarında oynanılıb.

Evlidir. İki övladı var, siyasi mənsubiyyəti yoxdur. Mərkəzçidir.O kiçik hekayələrin böyük romanlarında ustasıdır .Bu əsərlərin maraqla oxunmasının 1-ci səbəbi isə dil zənginliyi üslub aydınlığıdır.Elçin Hüseyinbəylinin dil-üslub tərzində yenilikçi olduğunu bütun əsərlərində müşahidə etmək olar.

 

Əsərləri

  1. Gözünə gün düşür (2010)
  2. "Firuzə qaşlı xəncər"
  3. "Nəvə hekayəsi"
  4. “Rəqs edən oğlan”
  5. “Cənab XXI əsr”
  6. “Yovşan qağayılar”
  7. “On üçüncü həvari-141-ci Don Juan”
  8. "Yolayrıcında qaçış"
  9. "Şah Abbas"
  10. "Balıq Adam"
  11. "Aişə"
  12. "Azıx"
  13. "Metro vadisi"
  14. "Ağ-Qara
  15. "Sular günəşə nəğmə oxuyanda"
  16. "Qız və sevgi"
  17. "sex yapmak (roman)
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Əhməd Cavadın 1914 cü ildə Gəncə şəhərində yazdığı "Çırpınırdı Qara dəniz" şeirinin orjinal mətni

Redaktor seçimi

SON XƏBƏRLƏR