Dərc edildi: Baxış sayı: 647
Əlcəzair hökuməti qadınlara işdə niqab gəzdirməyi rəsmi olaraq qadağan etdi
Səbəb baş örtüyünün şəxsiyyətin identifikasiyasına mane olmasıdır.
“Əl-cəzirə” xəbər verir ki, Əlcəzair hökuməti rəsmi olaraq qadınlara işdə niqabla gəzməyi qadağan etdi. Bu baş örtüyü ancaq gözləri açıq qoymaqla, bütün üzü örtür.
Qadağanın tətbiqi onunla əsaslandırılır ki, niqab əməkdaşın şəxsiyyətinin identifikasiyasına mane olur.
Ekspertlər hələlik bu yeniliyin cəmiyyətin narazılığına səbəb olub-olmayacağı barədə bir söz deməyə çətinlik çəkirlər, çünki niqab ölkədə elə də populyar deyil. Onu ancaq müəyyə dini təhsil müəssisələrində geyinirlər. Əlcəzair sakinləri üzü örtməyən hicaba üstünlük verirlər.
Mənbə: Aif.ru
Ens.az
Qeydiyyat tarixi:
Ens.az - 4 dildə xəbərlər və ensiklopediya saytı
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət