Slimfit
  1. MEDİA

Əlbəttə ki, söhbət Rəşad Məciddən gedir...

Əlbəttə ki, söhbət Rəşad Məciddən gedir...
Sakura

Əlbəttə ki, söhbət Rəşad Məciddən gedir...

Heç vaxt görüşməmişik, nə dalanda, nə yolayrıcında, nə də ki... Amma məndə ona qarşı heyranlıq yaradan, Amerikada yoldaşlıq etdiyim Fikrət Qoca oldu. Adı rəhmətliyin dilinin əzbəri idi. Ona xüsusi hörmət bəsləyirdi. Hər dəfə həmsöhbət olanda tez-tez ondan danışar, işgüzar, etibarlı adam olduğunu söyləyərdi. Elə o vaxtdan da içimdəki bu heyranlığı SÖZə çevirməyə, fikirlərimi ifadə etməyə çalışırdım. Amma haradan başlayacağımı bilmirdim. Onu şair kimi təqdim edim, yoxsa bir şəxsiyyət kimi? Bu çaşqınlıq məni yubadırdı.

Qərara aldım ki, portretini əlahəzrət SÖZün rəngləri ilə, elə xalq şairi Fikrət Qocanın təqdim etdiyi kimi yaratmağa səy göstərim...

Xeyirxah insandır, onun köməyinə həmişə bel bağlamaq olar. Hörmət qazanmağı, diqqət mərkəzində olmağı bacarır. Daxilən zəngindir, uşaq vaxtlarındakı saflığı qoruyub saxlaya bilib. İnsanlarada daha çox biruzə verən paxıllıq, xainlik onu hər şeydən çox hiddətləndirir...

Deyir ki,- "Hamı şedevr yarada bilməz ki! Olanımız ortadadır - yaxşısı da var, pisi də var.

Amma yaradılanları, ortada olanları görmədən, oxumadan hökm vermək məyusluq yaradır. Həssas sənət adamlarına münasibət də həssas olsa yaxşıdır..."

Dostluqda vəfalıdır. Səxavətli, qonaqpərvərdir. İnsanlıq üçün fəda etməyi özünə borc bilir. Həm də hökümlü adamdır. Özündən əmindir və mükəmməl qərar verməkdə qətiyyətlidir. Emosianal xarakteri bəzən ona güc gəlsə də, vaxtında dillənməyi, zamanında susmağı bacarır...

Davranışında mehribandır. İçindəki həyat eşqi onu həmişə gülümsəməyə, ətrafına müsbət enerşi paylamağa sövq etdirir. Ən mürəkkəb problemləri belə həll etməyə qadir zəkaya malikdir. İntuisiyası güclü olduğundan hadisələri öncədən hiss edə bilir. Düzgün mülahizə qabliyyəti var...

Deyir ki,- "Sənət adamlarını danlayan kimi, onlar bir-birinin ardınca gözəl əsərlər yaratmağa başlayırlar..."

İnsanlar müxtəlifdir. Kimisi ürəyinin, kimisi ağlının hökmü ilə hərəkət edir. O isə ürəklə ağılın vəhdətindən doğan əminlikdən yararlanır. İdarəetməni, təşkilati məsələləri dərindən bilir. Odur ki, ona tapşırılan hər bir vəzifənin öhdəsindən uğurla gəlir. Bir sözlə, həm tələbkar və həm də bacarıqlı rəhbərdir...

Bəli, xalq şairi Fikrət Qoca onu mənə belə tanıtdırıb. 

Əlbəttə ki, söhbət Rəşad Məciddən gedirdi...

 

Elman Eldaroğlu

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Fotoqraf: Abdul-Qapur Dayak

Redaktor seçimi

SON XƏBƏRLƏR