Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Əla görüş üçün 5 məhsul

Əla görüş üçün 5 məhsul
Sakura

Həyəcanlanırsınız? Qəlyanaltı edin!

Qida üzrə mütəxəssislər Daily Mail Online nəşrinə görüş əsnasında yaxşı görünmək və özünü yaxşı hiss etmək üçün hansı məhsulları yemək lazım olduğu barədə xəbər veriblər.

Qoz-fındıq - sakitləşmək və möhkəmlənmək

Qoz-fındıq - badam, makadamiya, fındıq, braziliya qozun tərkibində çoxlu zülal və faydalı yağlar var ki, bu da enerji verir və stresdən yaranmış daim yemək istəyini aşağı salmağa kömək edir. Bundan başqa, qoz-fındıq sinir sistemi üçün çox faydalı olan maqnezium mənbəyidir, demək onlar sakitləşməyə və stresi çıxarmağa kömək edəcək.

Xırçıldayan tərəvəz - dişləri ərpdən təmizləmək

Dietoloq Kassandra Barns (Cassandra Barns) bildirib ki, nəfəs təravəztindən olan həyəcandan qurtulmağa yerkökü, alma və kərəviz saplaqları kömək edəcək. Evdən çıxandan əvvəl bu tərəvəz və meyvələri xırçıldatmaqla, siz ağız boşluğundan gələn qoxunun səbəbi ola biləcək ərpdən dişləri təmizləyəcəksiniz. Bundan başqa, yerkökü, alma və kərəviz özlüyündə çox faydalıdır, onlar həmçinin tüpürcəyin ifrazını gücləndirir ki, bu da ağız boşluğundakı bakteriyaları neytrallaşdırır.

Kələm turşusu və qatıq - qarının məyus etməməsi üçün

Görüşdən əvvəl bir neçə gün ərzində təbii qatıq və kələm turşusu yemək faydalıdır - bu məhsullar bağırsağın mikroflorasını normallaşdırmağa kömək edəcək və sizin qarınınız ən qeyri-münasib anda sizə narahatlıq yaratmayacaq.

Qara şokolad - əhval üçün

Yüksək kakao-paxla tərkibli şokoladın tərkibində əhvalınızı yüksəkdəcək maddələr var. Birincisi, neyromediator kimi təsir göstərən feniletileamin həzz hissini stimullaşdırır. İkincisi, beyində yaxşı əhvala cavabdeh hormon olan serotoninin ifrazı üçün lazım olan maqnezium.

Faydalı yağlar - içmək istəyirsinizsə

Bu mənada evdən çıxmazdan əvvəl qrildə bişmiş bir tikə qızılbalıq və ya zeytun yağı ilə hazırlanmış salat yemək faydalıdır. Əgər sizin normal yeməyə vaxtınız yoxdursa, bir ovuc zeytun yemək olar.

 

Mənbə: Mail.ru

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Türkiyədə şəhid düşən əsgərin bacısı dəfn mərasiminə qardaşının formasınında.... Gözlər hər şeyi deyir...

Redaktor seçimi

SON XƏBƏRLƏR