Dərc edildi: Baxış sayı: 557
Əl yumağın təhlükəli tərəfləri açıqlandı
Əl yuma virusların yayılmasına qarşı mübarizədə əsas vasitələrdən biridir.
“Sputnik”in xəbərinə görə, allerqoloq-immunoloq Aleksey Bessmertnı müsahibəsində bunun zərərli tərəfinin də olduğunu deyib.
Bildirilir ki, gündə altı-səkkiz dəfədən çox əlləri yuyucu vasitə ilə yumaq dərinin aşılanmasına səbəb olur. Bu zaman infeksiyalardan qoruyan faydalı bakteriyalardan ibarət qoruyucu qat da yuyulur. Bundan əlavə, tez-tez əllərin yuyulması dərini zədələyir, çünki sabun və gel zərərli təsir göstərir.
Allerqoloq sabun əvəzinə antiseptik vasitə və nəm salfetlərdən istifadə ilə də bağlı fikir bildirib:
“Antiseptik vasitələr və nəm salfetlər kiri təmizləmir, əksinə, onun yayılmasına səbəb olur”.
Mənbə: Oxu.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət