Slimfit
  1. CƏMİYYƏT

“El sənəti” Bakıda

“El sənəti” Bakıda
Sakura

“El sənəti” Bakıda

“El sənəti” I Bakı Beynəlxalq Ənənəvi Sənətkarlıq Festivalının açılış mərasimi keçirilib.

Oxu.Az xəbər verir ki, açılış mərasimində Mədəniyyət naziri Əbülfəz Qarayev, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruq İdarəsinin (DTMQİ) rəisi Əsgər Ələkbərov, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə, Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral və bir çox hökumət rəsmiləri ilə yanaşı, daha 35 müsəlman ölkəsindən nümayəndə heyəti iştirak ediblər.

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruq İdarəsinin (DTMQİ) rəisi Əsgər Ələkbərov bu il Nəsiminin 650 illik yubileyi qeyd olunduğunu bildirib:

“Bu gün “El sənəti” I Bakı Beynəlxalq Ənənəvi Sənətkarlıq Festivalı özü “Nəsimi Festivalı” çərçivəsində təşkil olunub. Festivala 30 müsəlman ölkəsindən 50-dən çox sənətkar qatılıb. Biz ümid edirik ki, bu festival İslam ölkələrinin əlaqələrinin gücləndirilməsində çox mühüm rol oyanayacaq”.

Şeyxülislam Allahşükür Paşazadə isə festivalların insanları bir-birinə daha da yaxınlaşdırdığını diqqətə çatdırıb:

“Mən bir şeyx kimi İçərişəhərin dünəni və bu gününü görürəm. Mən İslamı təmsil edirəm və düşünürəm ki, müstəqillik illərində İslama çox böyük dəyər verilib. Buna görə də mən, ilk növbədə, ölkə başçısı İlham Əliyeva, sonra isə Heydər Əliyev Fondunun prezidenti, Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkürümü bildirirəm. İlham Əliyev Nəsimiyə Azərbaycan pasportu verdi, onu bütün dünyada tanıtdı”.

Mədəniyyət naziri Əbülfəs Qarayev isə Bakının növbəti  festivala ev sahibliyi etməsinə şad olduğunu dilə gətirib:

“Son günlər paytaxt Bakda bir sıra bir-birindən maraqlı və önəmli festivallar, tədbirlər təşkil olunur. Bu gün isə Bakı “El sənəti” I Bakı Beynəlxalq Ənənəvi Sənətkarlıq Festivalına ev sahibliyi edir.

50 il öncə Heydər Əliyev Nəsiminin 600 illik yubileyinin keçirilməsi barədə sərəncam vermişdi. 50 ildən sonra isə onun nəvəsi Leyla Əliyeva “Nəsimi Festivalı”nı keçirir. Bu isə xalqımızın uzun illər sonra belə öz ənənəsinə sadiq qaldığını göstərir”.

Çıxışlardan sonra festival iştirakçıları sənətkarlıq nümunələri ilə tanış olublar.

Festival oktyabrın 4-dək davam edəcək.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bir şəklin tarixçəsi - Heydər Əliyev: “Mən o kişinin işinə qarışa bilmərəm” – Şuşa, 29 iyul, 1982-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR