Slimfit
  1. İDMAN

"El-Klasiko": "Barselona" səfərdə "Real"ı darmadağın etdi

"El-Klasiko": "Barselona" səfərdə "Real"ı darmadağın etdi
Sakura

"El-Klasiko": "Barselona" səfərdə "Real"ı darmadağın etdi

İspaniya La Liqasında təkcə bu ölkədə yox, bütün dünyada futbolsevərlərin böyük maraqla izlədikləri matç - "El-Klasiko" baş tutub.

Ens.az Oxu.az-a istinadən xəbər verir ki,çempionatın 11-ci turu çərçivəsində "Real Madrid" və "Barselona" İspaniya paytaxtındakı "Santyaqo Bernabeu" arenasında üz-üzə gəlib.

Əzəli rəqiblərin qarşılaşması gözlənilmədən qonaqların mütləq üstünlüyü ilə keçib və Kral klubunun darmadağını ilə yekunlaşıb. 54 və 56-cı dəqiqələrdə qol vuran Levandovski dubla imza atıb. 77-ci dəqiqədə Yamal fərqi üç topa çatdırıb. 84-cü dəqiqədə isə Rafinya dördüncü topu "Real"ın qapısından keçirib - 0:4.

 

Bu nəticədən sonra çempionatın lideri olan Kataloniya klubu ikinci pillədəki paytaxt təmsilçisi ilə arasındakı xal fərqini 6-ya çatdırıb (müvafiq olaraq, 30 və 24 xal).

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yuriy Nikulin "Brilliant əllər" çəklişi zamanı fasilədə nərd oynayır. Bakı. 1968-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR