Slimfit
  1. AZƏRBAYCAN

Ekspertdən nazirliyə qarşı ittihamlar: “Bu yenilik prezident tərəfindən qəbul edilmiş dövlət strategiyasına ziddir”

Ekspertdən nazirliyə qarşı ittihamlar: “Bu yenilik prezident tərəfindən qəbul edilmiş dövlət strategiyasına ziddir”
Sakura

Ekspertdən nazirliyə qarşı ittihamlar: “Bu yenilik prezident tərəfindən qəbul edilmiş dövlət strategiyasına…

Birinci sinfə elektron qeydiyyat martın 13-də başlayacaq. Yenə qərara əsasən məktəbəhazırlıq qruplarındakı uşaqların I sinfə qeydiyyatına ehtiyac olmayacaq.

Yeni qərarla bağlı bizimyol.info-ya açıqlama verən təhsil üzrə ekspert Kamran Əsədov bildiirib ki, tətbiq edilən yeniliklər təhsil alanların hüquqlarının pozulmasıdır.

“İlk növbədə qeyd edim ki, 2019-2020-ci tədris ili üçün orta məktəblərin birinci siniflərinə qəbul mart ayında təhsil nazirliyinin mektebeqebul.edu.az saytı vasitəsi ilə həyata keçiriləcək. Bu ildən etibarən bu prosesdə yenilikləır olacaq. Belə ki, yenilik hazırlıq qruplarınnda təhsil alanların hamıdan əvvəl təhsil aldıqları məktəbin birinci sinifinə birbaşa qəbulu olurlar, ikinci isə rus bölməsində təhsil almaq istəyənlər qeydiyyatdan keçməmişdən əvvəl rus dilində biliklərinin yoxlanılması üçün müsahibəyə dəvət olunurlar.

Hesab edirəm ki, tətbiq edilən yeniliklərin hər ikisi təhsil alanların hüquqlarının pozulmasıdır. Xatırladım ki, hazırda məktəbəhazırlıq qruplarında təhsil alan uşaqların növbəti tədris ili üçün I sinfə qəbulu sistemdə avtomatik elektron sorğu yaradılmaqla həyata keçirilir. Bununla bağlı həmin uşaqların valideynlərinə bildirişlər göndərilir.

Məktəbəhazırlıq qruplarında təhsil alan uşaqların valideynlərinin istəyini nəzərə alaraq, I sinifdə də onların eyni sinifdə komplektləşdirilməsi və onlara eyni müəllimin tədris aparması nəzərdə tutulur. Bu qayda, 2018-2019-cu tədris ilində məktəbəhazırlıq qruplarında dərs deyən, 2019-2020-ci tədris ilində I sinifdə tədris aparması planlaşdırılan müəllimlərin dərs dediyi siniflərə şamil olunur.

Məktəbəhazırlıq qruplarındakı uşaqlar üçün sistem tərəfindən avtomatik sorğu yerləşdirildikdən sonra valideynlər Şəxsi kabinetdən elektron “Ərizəni” çap edərək sentyabrın 15-dək müvafiq sənədlərlə birlikdə məktəbə təqdim edə bilərlər. Valideyn övladı üçün birinci sinifdə məktəb və ya müəllim seçimini dəyişmək istədiyi təqdirdə, 13 mart 2019-cu il tarixindən etibarən “Sorğunu sil” düyməsini sıxaraq yenidən seçim edə bilər”,-deyə ekspert bildirib.

K.Əsədov sözlərinə görə, nəzərə alsaq ki, övladını bir il əvvəl əmən məktbdə yer olmaığına görə özəl məktəbqədər təhsil müəssisələrinə qoyan valideiyinlər indi də bu hüqquqdan məhrum ediləcəklər: “Təhsil Nazirliyinin təklif etdiyi bu yenilik ölkə başçısı İlham Əliyev tərəfindən 2013-cü ildə qəbul edilmiş “Təhsilin inkişafı üzrə dövlət strategiyası”na ziddir. Belə ki, bu strategiyada nəzərdə tutulan təhsilin əlçatanlılığı prinsipini Təhsil Nazirliyi kobud şəkildə pozur. Ölkə başçısı həmişə çıxışlarında qeyd edir ki, Azərbaycanda orta təhsil əlçatanlılıq baxımından təmin edilib. Amma Təhsil Nazirliyi bunun qarşısını alır.

Deyəsən heç bir iş görmədən, isti otaqda, rahat kresloda oturub aldıqları böyük əmək haqqı bunlara bəs etmir, indi də 1-ci siniflərə müsahibə təyin edib yaxşı gəlir əldə etmək istəyirlər.

Deməli, 2018-2019-cu tədris ilində respublikanın ümumtəhsil məktəblərinin I siniflərinə 165 780 uşağın qəbulu ilə bağlı ərizə ilə müraciət edilib. Onlardan 15 032 şagird rus bölmələrində təhsil almaq üçün müraciət edib. Bu il, 2019-2010-ci tədris ilində bu rıqımin artacağı qaçılmazdır. Sizcə azı 15 032 şagirdi şəffaf müsahibədən keçirmək üçün təhsil nazirliyinin resursu, kadrı varmı? Birmənalı olaraq yox! Bu proses şəffaf şəkildə həyata keçirilməyəcək. nəzərə alsaq ki, electron qaydada nə qədər valideyin yer olmadığı üçün seçim edə bilmir. Amma bu seçimə insan faktoru təsir edəcəyinə görə kasıbın balası, imkansız, adamsız şagirdlər daha rus bölməsində təhsil ala bilməyəcəklər.

Digər tərəfdən bu insanların təhsil hüququnun kobud şəkildə pozulmasıdır. Azərbaycan Respublikası Konstitusiyasının 42-ci maddəsinə əsasən hər bir vətəndaşın təhsil almaq hüququ vardır. Dövlət pulsuz icbari ümumi orta təhsil almaq hüququnu təmin edir. Təhsil sisteminə dövlət tərəfindən nəzarət edilir. Maddi vəziyyətindən asılı olmayaraq iste`dadlı şəxslərin təhsili davam etdirməsinə dövlət zəmanət verir. Dövlət minimum təhsil standartlarını müəyyən edir.

Hesab edirəm ki, birinci sinifə qəbul amanı bu ayrı seçkiliyi etmək olmaz. Bütün şagirdlərə bərabər imkanlar yaratmaq lazımdır”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycan qadınları, Şuşa, Qarabağ, 1920

Redaktor seçimi

SON XƏBƏRLƏR