Ekspert: “Uşaqların məktəbə hazırlığa cəlb edilməsi vacibdir”
Təhsil eksperti Məlahət Mürşüdlü deyir ki, proqramların və təhsilin məzmunun yeni olması bunu tələb edir
Bu il beşyaşlı uşaqların 75 faizi məktəbə hazırlığa cəlb edilib. Təhsil Nazirliyindən bildirilib ki, ötən il bu göstərici 65, 2016-cı ildə isə 55 faiz olub.
Təhsil eksperti Məlahət Mürşüdlü Sputnik Azərbaycan-a deyir ki, məktəbə hazırlıq qruplarına maraq çox böyükdür: “İlbəil bu tendensiyanın artmasını müşahidə edirik. Proqramların və təhsilin məzmunun yeni olması bunu tələb edir. Ona görə də məktəbəqədər təhsil müəssisələrinə getməyən uşaqların bu qruplarda hazırlıq prosesi keçməsi çox vacibdir. Artıq beş ildir ki, bu qruplar açılıb. Layihənin tətbiq olunduğu məktəblərin, şagirdlərin sayının artmasını görürük”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət