Slimfit
  1. İQTİSADİYYAT

Ekspert: "Neftin bundan sonrakı qiymətləri Səudiyyə Ərəbistanından asılıdır"

Ekspert: "Neftin bundan sonrakı qiymətləri Səudiyyə Ərəbistanından asılıdır"
Sakura

Ekspert: "Neftin bundan sonrakı qiymətləri Səudiyyə Ərəbistanından asılıdır"

 Neft qiymətləri ilə bağlı vəziyyət çox dəyişkəndir, son nəticə Səudiyyə Ərəbistanının nə edəcəyindən və dünya birliyinin buna düzgün cavab verib-verməyəcəyindən asılıdır.

Bunu “Report”a Rusiya Energetika İnstitutunun elmi işçisi, “İqtisadiyyat Ali Məktəbi” Milli Tədqiqat Universitetinin Qiymətlərin Yaranması və Təbii İnhisarların Tənzimlənməsi İnstitutunun Energetika Araşdırmaları Mərkəzinin aparıcı eksperti Dmitri Qruşevenko bildirib.

Ekspertin sözlərinə görə, neft qiymətləri tarix boyu müxtəlif amillərin təsiri ilə dəyişir: “Son vaxtlar daha çox OPEC-in davam edən sövdələşməsi və İran ətrafındakı vəziyyətdən təkan alan neft qiymətlərinin müəyyən artımını görürdüksə, bugünkü dəyişikliklər ABŞ-ın İrana qarşı sanksiyaları azaltmağa hazırlaşması barədə açıqlama səbəbindən baş verir”.

Ekspertin dediyinə görə, İrandan neft tədarükünün azalması və Səudiyyə Ərəbistanı şahzadəsinin Rusiyada hasilat artımının potensialının tükənməsi ilə bağlı bəyanatından sonra  neft bazarında qiymət artımı gözləntiləri vardı: "İndi isə vəziyyət dəyişir, yəni Səudiyyə Ərəbistanının nə edəcəyi başlıca amilə çevrilir. Səudiyyə Ərəbistanının bütün bu hasilat azaltmaqla bağlı oyunlarda iştirak edib-etməyəcəyini demək mümkün deyil, amma neft hasilatını artırmaq üçün onların hər cür imkanı var. 70-80-ci illərdə Səudiyyə Ərəbistanı məhz elə bunu edib bazarı öz nefti ilə doldurmaqla qiymətləri kəskin aşağı saldı. Bununla da bir çox hasilatçılar bazarı tərk etməyə, yaxud da ixracatda öz yerini tutmaq üçün hasilatı azaltmağa məcbur oldu. Həm də bu gün Səudiyyə Ərəbistanının əlavə sahələri yetərincədir, yəni Energetika Departamentinin rəyinə görə, bütün OPEC ölkələrindəkinin məcmusundan daha çoxdur”.

D.Qruşevenkonun fikrincə, bu gün neft qiymətlərinin hansı yöndə dəyişəcəyini söyləmək mümkün deyil: 

 

Dmitri Qruşevenko

Rusiya Energetika İnstitutunun elmi işçisi Dmitri Qruşevenko 

Bazarda təklif çox artsa, qiymətlər azalacaq, ola bilsin neftin bir bareli 50-60 dollaradək ucuzlaşsın. Amma bu, OPEC+ formatında bütün sövdələşmənin pozulmasına gətirib çıxara bilər. Burada daim risklər var. Həm bu sövdələşmənin iştirakçılarından olan İran sanksiyalara tuş gəlib, həm Səudiyyə Ərəbistanı razılaşmaya uyğun yox, daha əvvəl tarixən etdiklərini edə bilər, həm də Rusiya bazarlar uğrunda, xüsusilə də Çin bazarı uğrunda mübarizəyə girişə bilər.

 

Ekspertin rəyincə, əks nəticə də mümkündür, yəni qiymət müəyyən orta səviyyələrdə qala, yaxud qalxmağa başlaya bilər: “Bunun üçün İrana qarşı sanksiyalar qüvvədə qalmalı, həm də ABŞ istehsalçılarının sanksiyaları məhdudlaşdırılmalıdır. Yalnız belə sıxılmış vəziyyət olanda, bazarda yüksək qiymətlər yaranır”.

“Mənim fikrimcə, ilin sonunadək qiymətlər elə indiki səviyyədə, bir bareli 80-90 dollar həddində dəyişəcək. Taleyüklü qərarlar isə, təqribən, gələn yanvar-fevral aylarında veriləcək”, - deyə rusiyalı ekspert qeyd edib.

 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sabirin satiralarından seçilmiş sözlərlə qurulub bu şəkil...

Redaktor seçimi

SON XƏBƏRLƏR