Slimfit
  1. İQTİSADİYYAT

Ekspert: Məzənnə fərqinin 92 faizdən çoxunu dövlət ödəyəcək

Ekspert: Məzənnə fərqinin 92 faizdən çoxunu dövlət ödəyəcək
Sakura

Ekspert: Məzənnə fərqinin 92 faizdən çoxunu dövlət ödəyəcək

Bank üzrə ekspert Əkrəm Həsənov prezident İlham Əliyevin problemli kreditlərlə bağlı fərmanını şərh edib. 

Oxu.Az xəbər verir ki, o, fərmandan irəli gələrək ediləcək güzəştlərin gözləniləndən xeyli artıq olacağını nəzərə çatdırıb.

Qeyd edib ki, güzəştlər bir şəxsin banklar və bank olmayan kredit təşkilatları qarşısında 2015-ci il fevralın 21-nə və ya dekabrın 21-nə olan 10 000 dollaradək olan əsas borcunu əhatə edir. Bir neçə kredit də ola bilər, amma cəmi məbləğ 10000 dollardan çox olmamalıdır. Dövlət 3 ay ərzində 2015-ci il fevralın 21-nə xarici valyutada mövcud olan əsas kredit borcuna münasibətdə hər 1 dolların 0,15 dollarını (0,25 manat), 2015-ci il dekabrın 21-nə mövcud olan əsas kredit borcuna münasibətdə isə hər 1 dolların 0,35 dollarını (0,6 manat) banka ödəyəcək. Vətəndaş borcunu artıq özü ödəyibsə, müvafiq fərq vətəndaşa qaytarılacaq.

İqtisadçı misallarla fərmana aydınlıq gətirməyə çalışıb:

“Misal 1: tutaq ki, vətəndaşın 2015-ci ilin fevralın 21-nə 10000 dollar borcu var.

Devalvasiyayadək olan məzənnə ilə bu 7800 manatdır. İndi isə 17000 manat. Dövlət 8500 manat ödəyəcək. Yəni vətəndaş da cəmi 8500 manat ödəyəcək. Beləliklə, məzənnə fərqinin 92,4%-ni dövlət, 7,6%-ni isə vətəndaş ödəyəcək. Deməli, 10 000 dolların yarısını dövlət qaytaracaq.

Misal 2: tutaq ki, vətəndaşın 2015-ci ilin dekabrın 21-nə 10 000 dollar borcu var (krediti 21 fevraldan sonra götürüb). Devalvasiyayadək olan məzənnə ilə bu 10500 manatdır. İndi isə 17000 manat. Dövlət 6000 manat ödəyəcək. Yəni vətəndaş da cəmi 1100 manat ödəyəcək. Beləliklə, məzənnə fərqinin 92,3%-ni dövlət, 7,7%-ni isə vətəndaş ödəyəcək. Deməli, dövlət 10000 dolların 3530 dollar hissəsini qaytaracaq”.

Ə.Həsənovun sözlərinə görə, faiz və dəbbə pulu üzrə də güzəşt olacaq:

“Maliyyə Bazarlarına Nəzarət Palatası ilə Mərkəzi Bank Prezidentlə razılaşdırmaqla 15 gün müddətində həm yuxarıda qeyd edilənlərin mexanizmini, həm də hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştləri müəyyən etməlidir. Yəni faiz və dəbbə pulu üzrə də güzəşt olacaq”.

“Kredit təşkilatlarına tövsiyə edilir ki, sözügedən şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etsinlər, 1 ay müddətində həmin kreditlərə hesablanmış faizləri silsinlər və məhkəmədə olan işləri geri çağırsınlar, habelə borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görsünlər. Ümid edirəm ki, kredit təşkilatları belə də edəcək.

Bundan başqa, kredit təşkilatlarının edəcəyi restrukturizasiya ilə əlaqədar Mərkəzi Banka tövsiyə edilir ki, onlara cəmi 682 mln. manat məbləğində güzəştli kreditlər versin, habelə bu tədbirlər nəticəsində bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə ayrılmış kreditin hesabına kredit təşkilatlarına cəmi 215 mln. dollar dəyərinədək xarici valyutada ifadə olunmuş, illik faiz dərəcəsi 0,5% olmaqla qiymətli kağızların verilməsini təmin etsin”.

Qeyd edək ki, prezident İlham Əliyev fevralın 28-də “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərman imzalayıb.

Fərmana əsasən, fiziki şəxslərin banklara 10 min ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi  Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödəniləcək.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1916-cı il yay Olimpiya oyunlarının Berlində keçirilməsi nəzərdə tutulsa da, Birinci Dünya müharibəsi buna mane oldu.

Redaktor seçimi

SON XƏBƏRLƏR