Slimfit
  1. TƏHSİL VƏ KARYERA

Ekspert: İxtisaslar üzrə keçid balları 70 bal aşağı düşəcək

Ekspert: İxtisaslar üzrə keçid balları 70 bal aşağı düşəcək
Sakura

Ekspert: İxtisaslar üzrə keçid balları 70 bal aşağı düşəcək

 

2019-cu ildə ixtisaslar üzrə keçid balları I və IV qrupda azı 50-70 bal aşağı düşəcək.

Oxu.Az xəbər verir ki, bunu təhsil eksperti Kamran Əsədov Dövlət İmtahan Mərkəzinin “İxtisas seçimi zamanı nələrə diqqət yetirməli?” vəsaitinə istinadən bildirib.

O qeyd edib ki, I ixtisas qrupu üzrə 1 nəfər 690-700 arası bal toplayıb. 14 nəfər 680-690 arası bal, 29 nəfər 670-680 arası bal, 46 nəfər 660-670 arası bal, 53 nəfər 650-600 arası bal toplayıb.

Ümumilikdə, I ixtisas qrupu üzrə 650-dən çox bal toplayan abituriyentlərin sayı 143 nəfər, 600-dən çox bal toplayan abituriyentlərin sayı 554 nəfər, 500-dən çox bal toplayan abituriyentlərin sayı 1866 nəfər, 400-dən çox bal toplayan abituriyentlərin sayı isə 3939 nəfərdir. Yəni 2018-ci illə müqayisədə bu il imtahanlarda yüksək bal toplayan abituriyentlərin sayı azdır.

Ekspert bildirib ki, üç nəfər IV ixtisas qrupu üzrə 690-700 arası bal toplayıb. 111 nəfər 680-690 arası bal, 22 nəfər 670-680 arası bal, 26 nəfər 660-670 arası bal, 39 nəfər isə 650-600 arası bal toplayıb.

Ümumilikdə isə IV ixtisas qrupu üzrə 650-dən çox bal toplayan abituriyentlərin sayı 101 nəfər, 600-dən çox bal toplayan abituriyentlərin sayı 378 nəfər, 500-dən çox bal toplayan abituriyentlərin sayı 1083 nəfər, 400-dən çox bal toplayan abituriyentlərin sayı isə 1831 nəfərdir. Bu da 2018-ci illə müqayisədə imtahanlarda yüksək bal toplayan abituriyentlərin sayının az olduğunu göstərir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Günəş batması - kosmosdan görünüş

Redaktor seçimi

SON XƏBƏRLƏR