Slimfit
  1. SİYASƏT

Ekspert: Əliyevlə Putin arasında hərbi sahədə razılaşma olub

Ekspert: Əliyevlə Putin arasında hərbi sahədə razılaşma olub
Sakura

Ekspert: Əliyevlə Putin arasında hərbi sahədə razılaşma olub

Həm Rusiya, həm də Belarus Azərbaycana müasir silahlar satıb və bundan sonra da satacaq. Bu sahədə vəziyyət dəyişməyəcək.

Bunu rusiyalı hərbi ekspert, “Milli müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko deyib.

Ekspert qeyd edib ki, Rusiya və Azərbaycan prezidentlərinin son görüşlərində təsdiqləndi ki, Moskva və Bakı arasında hərbi-texniki əməkdaşlıq sahəsində ən vacib tərəfdaşlarından biridir.

Onun sözlərinə görə, Ermənistan rəsmilərinin Yerevanda verdiyi açıqlamalar mövcud vəziyyəti heç cür dəyişdirə bilməz.

“Rusiya hər dəfə bəyan edir ki, Azərbaycana müasir silah tədarükü hər hansı üçüncü ölkəyə yönəlməyib. Rusiya bildirir ki, bu, Azərbaycanın suverenliyini və milli təhlükəsizliyini möhkəmləndirməyə yönəlib”.

Ermənistan düşünür ki, onun hüquqları pozulur. Əslində Yerevanın narazı qalması başadüşüləndir. Çünki Azərbaycan Silahlı Qüvvələri daha müasir, güclü və keyfiyyətlidir.

İ.Korotçenko qeyd edib ki, Rusiya silahları Azərbaycan ordusunun imkanlarını xeyli artırır.

“Bu mənada Bakının müasir yüksək dəqiqlikli Rusiya silahlarına olan tələbi, maraqları ən qısa zamanda nəzərə alınacaq və bunun tətbiqi təmin ediləcək”.

Ekspertin fikrincə, Rusiya Müdafiə Nazirliyi üçün Azərbaycanla münasibətlərin dərinləşdirilməsi prioritet sahədir.

“Üstəlik, dediyim kimi, Putinlə Əliyev arasındakı görüşdə müəyyən razılaşmalar əldə edildi. Bu, daha sonra Rusiya Müdafiə naziri Sergey Şoyqu ilə azərbaycanlı həmkarı Zakir Həsənov arasında keçirilən görüş zamanı özünü hərbi sferada göstərdi”,- deyə İ.Korotçenko əlavə edib.

Ekspert Ermənistan Müdafiə naziri David Tonoyanın 2020-ci ildə yeni silahlar alacağı barədə açıqlamasını da şərh edib.

O, D.Tonoyanın dediyinin real olacağını şübhə altına alıb.

“Ermənistan dörd ölkədən silah aldığını deyir. Düzü, Rusiyadan başqa digər ölkələrin hansı olduğunu deyə bilmərəm. Ermənistan Rusiya silahlarını kreditlə alacaq. Digər üç ölkəyə gəldikdə isə, onların Ermənistana qiymət baxımından hər hansı bir üstünlük verəcəkləri barədə sual yaranır. Çünki müasir silahlar bahadır və bunu hamı anlayır.

Rusiyanın Ermənistana silah tədarükü isə kredit sxemi əsasında aparılır. Bu isə Ermənistanın müasir silahların geniş miqyasda alınması üçün maneədir. Çünki kredit məhdud alış-verişdir, üstəgəl kredit ödənilməlidir. Bununla yanaşı, Ermənistanın ümumi daxili məhsul baxımından müəyyən iqtisadi məhdudiyyətləri var”.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Jeledən Tetris

Redaktor seçimi

SON XƏBƏRLƏR