Slimfit
  1. AZƏRBAYCAN

Ekspert: Dövlət Proqramının qəbul edilməsi ilə qida təhlükəsizliyinin təmin olunmasında növbəti mərhələyə keçid başlayacaq

Ekspert: Dövlət Proqramının qəbul edilməsi ilə qida təhlükəsizliyinin təmin olunmasında növbəti mərhələyə keçid başlayacaq
Sakura

Ekspert: Dövlət Proqramının qəbul edilməsi ilə qida təhlükəsizliyinin təmin olunmasında növbəti mərhələyə…

Dövlət Proqramının qəbul edilməsi ilə qida təhlükəsizliyinin təmin olunmasında növbəti mərhələyə keçid başlayacaq.

Bunu Trend-ə kənd təsərrüfatı məsələləri üzrə ekspert Nicat Nəsirli deyib.

Onun sözlərinə görə, istehsalçılar arasında iqtisadi aktivlik yüksəlib, regionlarda yaşayan əhalidə torpağa münasibət dəyişib:

“Son illər xırda ailə təsərrüfatlarının gücləndirilməsi ilə yanaşı, sənaye istehsalına əsaslanan aqroparkların yaradılması, ixtisaslaşmış iri təsərrüfatların formalaşması daxili istehsalın artmasına təsir göstərib. Bu həm də ixrac bazarlarında şaxələnməyə, xüsusən məhsulların ixracında ixtisaslaşmanın başlamasına imkan verib”.

Ekspert qeyd edib ki, həyata keçirilən birbaşa və dolayı dəstək tədbirləri nəticəsində kənd təsərrüfatında iqtisadi təşəbbüskarlıq xeyli artıb:

“Söhbət torpaqların konsolidasiyası, kooperatvləşmə, aqrar sığorta, müasir elektron sistemlərin tətbiqindən gedir. Kənd təsərrüfatının texnoloji sahəyə çevrilməsı üçün aqrar sığorta mexanizminin tətbiqi mühüm əhəmiyyət kəsb edəcək. Bütün dünya ölkələrində aqrar sığorta mexanizmindən istehsalçı üzərində psixoloji-maliyyə amili kimi istifadə edilir. Bu sistem bütün növ istehsalçıların, ilk növbədə ucqar bölgələrdə yaşayan xırda ailə-kəndli təsərrüfatlarının tam iqtisadi müdafiəsini həyata keçirəcək".

N.Nəsirli əlavə edib ki, kənd təsərrüfatı ilin bütün fəsillərində iqlim amillərinin təsirinə məruz qalan riskli bir sahə olduğu üçün istehsalçıların müdafiəsinə ciddi ehtiyac var:

 

 

 

"Təcrübələr göstərir ki, aqrar sığorta bazarının yaradılması istehsalçılarda iqtisadi müdafiəni həyata keçirməklə yanaşı, aqrar sahəyə investisiyaların təşviq olunmasına mühüm təsir göstərəcək. Bunun üçün hüquqi baza mövcuddur, aqrar sığortanı tənzimləyən qanun qəbul edilib".

Mütəxəssisin fikrincə, dünyanın hər yerində dövlət aqrar sahəyə yönəlik dəstək tədbirləri həyata keçirir, lakin heç bir ölkə təbii fəlakətlərdən sığortalana bilmir: "Bu sistem dövlətin iradəsindən kənarda, özəl münasibətlər zəminində formalaşmalıdır. Sığorta modelinin işləməsi üçün xırda istehsalçılların kooperasiyalarda birləşməsi, torpaqların meliorativ vəziyyəti haqda data bazaların hazırlanması, peşəkar kadr heyətinin formalaşdırılması lazımdır”.

 

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nizami adına Ədəbiyyat Muzeyinin binasının pəncərəsində Əfzələddin Xaqani rəsmi

Redaktor seçimi

SON XƏBƏRLƏR