Slimfit
  1. HƏRB

Ekspert: “Azərbaycanın malik olduğu tanklar döyüşlərdə sınaqdan uğurla keçib”

Ekspert: “Azərbaycanın malik olduğu tanklar döyüşlərdə sınaqdan uğurla keçib”
Sakura

Ekspert: “Azərbaycanın malik olduğu tanklar döyüşlərdə sınaqdan uğurla keçib”

“Azərbaycan və Türkiyə arasında hərbi-texniki əməkdaşlıq 90-cı illərin əvvələrində başlayıb. Həmin dövrdə yenicə müstəqilliyini bərpa etmiş Azərbaycan üçün Türkiyə, sözün əsl mənasında, Qərb texnologiyasına keçid baxımından önəmli ölkələrdən biri idi. Zaman-zaman Azərbaycan müdafiə sənayesi kompleksi də Türkiyənin bu sahədə fəaliyyət göstərən qurumları ilə birgə bir çox layihələr həyata keçirdi. Bu proses indi də davam edir. Azərbaycan və Türkiyə arasında hərbi-texniki əməkdaşlıq çox yüksək səviyyədədir. Bütün bunlar Azərbaycan və Türkiyənin strateji tərəfdaş olduğunu göstərir”.

Ens.az xəbər verir ki,bunu “Report”a açıqlamasında hərbi ekspert Ramil Məmmədli söyləyib.

 

O, iki ölkə arasında hərbi-texniki əməkdaşlığın hazırkı vəziyyətini təhlil edib, Türkiyə istehsalı olan hərbi texnikanın  xüsusiyyətlərini nəzərdən keçirib. 

Ramil Məmmədli

R.Məmmədli Azərbaycan Ordusunun malik olduğu tanklarla Türkiyə istehsalı olan tankları müqayisə edib: “Hər bir ordunun xidmət apardığı ərazi öz spesifikliyi ilə fərqlənir. Ordunun zabit heyəti həmin o texnikanı mənimsəmək baxımından bir sıra xarakterik xüsusiyyətlərə malikdir. Artıq uzun illərdir Azərbaycan Silahlı Qüvvələri sovet dövründə yaradılan zirehli texnikalardan, xüsusən də tanklardan istifadə edir. Ordumuzun istismarında bu gün T modifikasiyalı, yəni daha əvvəlki T-55, hazırkı T-72 və T-90 tankları var. Bu tanklardan da aktiv müharibə zamanı istifadə etmişik, həmçinin dünyanın onlarla ölkəsində T-72 tanklarının tapşırıqları yerinə yetirməsini yüksək qiymətləndiriblər. Hazırda onlarla ölkədə T-72 tankları istifadə olunmaqdadır. Ölkəmizdə bu tankların həm köhnə modeli, həmçinin də Azərbaycan mühəndisləri ilə xarici mühəndislərin birgə modernləşdirdiyi T-72 tankları mövcuddur. Həmçinin Azərbaycan bir neçə il əvvəl Rusiya istehsalı olan və yeni nəsil tanklardan sayılan T-90 MS tankları alıb”.

Hərbi ekspertin fikrincə, Azərbaycan Silahlı Qüvvələrinin texniki parkında yetərincə keyfiyyətli PUA və helikopterlər mövcuddur:

“Uzun müddətdir Müdafiə Sənayesi Nazirliyinin tabeliyində fəaliyyət göstərən müəssisələrin birində PUA-lar istehsal olunur. Bu qurumun adı “Azad Systems”dir. Azərbaycan İsrail şirkəti ilə birlikdə bu sahədə uğur əldə edib. Həmçinin Azərbaycan müəssisələrinin birində kamikadze PUA-ları istehsal olunur. Açıq etiraf edək ki, İsrail PUA sahəsində çox yüksək təcrübəyə malikdir. Azərbaycanın bu ölkə ilə yaxşı  münasibətləri olduğuna görə İsraillə bu sahədə uğurlu layihələr həyata keçirir. Helikopterə gəldikdə isə ölkəmizdə sovet istehsalı olan Mi-17, Mi-24, Mi-35 helikopterləri mövcuddur. Bunlar dünyanın müxtəlif yerlərində baş verən müharibələrdə özünü yaxşı göstərib. Hazırda Azərbaycan Ordusu bu helikopterlərdən istifadə edir və hər hansı bir narahatlıqla üzləşməyib”.

R.Məmmədli həmçinin Azərbaycanın “Altay” tankına ehtiyacı olmadığını da vurğulayıb: “Bütün sahələrdə olduğu kimi ordunun da tələbatları var və bu, ödənməlidir. Türkiyə tərəfinin bu təklifləri Azərbaycan Silahlı Qüvvələrini qane etməlidir. Yəni Azərbaycanın “Altay” tanklarına tələbatı olmalıdır ki, adı çəkilən texnikanı alsın. Türkiyə ilə Azərbaycan arasında hərbi-texnika sahəsində sıx əməkdaşlıq mövucddur. Amma bu demək deyil ki, ölkəmiz heç nəyə baxmadan, rentabelliyi və praktikliyi nəzərə almadan bu texnikaları almalıdır. Fikrimcə, Azərbaycana nə “Altay” tankı, nə PUA, nə də “Atak” helikopterləri lazımdır. “Altay” tankı Koreyanın XK1 tankının bazasında yaradılıb. İllərdir ki, bu proses davam edir. “Altay” tankı dünyanın heç bir ölkəsində, hətta Türkiyədə belə istifadə olunmayıb. Təcrübədən keçməyən texnikanı Azərbaycan Silahlı Qüvvələrinin texnika parkına qəbul etmək olmaz. Bu mənada ordunun mənafeyi də nəzərə alınmalıdır”. 

Qeyd edək ki, iyunun 8-də Türkiyə mətbuatında Azərbaycanın Türkiyədən kreditlə 200 milyon lirə (50,1 milyon manatdan çox) dəyərində pilotsuz uçan aparat (PUA), silahlı PUA, həmçinin “Altay” tankı və “Atak” helikopterləri almaq niyyətində olduğu barədə məlumat yayılıb. 

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sabirin satiralarından seçilmiş sözlərlə qurulub bu şəkil...

Redaktor seçimi

SON XƏBƏRLƏR