Slimfit
  1. AZƏRBAYCAN

"Əksər ölkələr Azərbaycanla əməkdaşlığa can atır" - Millət vəkili

"Əksər ölkələr Azərbaycanla əməkdaşlığa can atır" - Millət vəkili
Sakura

"Əksər ölkələr Azərbaycanla əməkdaşlığa can atır" - Millət vəkili

"Azərbaycanın dünyaya inteqrasiya prosesi sürətlə davam edir. Ölkənin Avropa İttifaqı ilə, bu quruma daxil olan dövlətlərlə əlaqələrinin sayı artmaqdadır və bu əlaqələr daha da sıxlaşır".

Bu sözləri Publika.az-a millət vəkili Bəxtiyar Sadıqov prezident İlham Əliyevin Xorvatiya səfərini şərh edərkən deyib. O xatırladıb ki, Xorvatiya həm NATO-nun, həm Avropa İttifaqının üzvüdür:

"Azərbaycan Prezidenti İlham Əliyevin Xorvatiya səfəri ölkələr arasında əməkdaşlığın sıxlaşmasına, yeni əməkdaşlıq müqavilələrinin imzalanmasına səbəb olacaq. Bu ilin əvvəlindən indiyə qədər cənab prezident İlham Əliyevin səfərlərinə nəzər salsaq, görərik ki, əvvəlki illərlə müqayisədə bu səfərlər çərçivəsində daha çox əməkdaşlıq sənədləri imzalanıb. Cənab Prezidentin Xorvatiya səfəri də bu səfərlərdəndir. Xorvatiya Prezidenti də Azərbaycana səfər edib. Prezident İlham Əliyevin Xorvatiyaya səfəri həm Xorvatiyanın özü üçün faydalıdır, həm Azərbaycan Avropa ilə əlaqələrini genişləndirir. Azərbaycan qarşısına qoyduğu məsələlərə nail olur, iqtisadi cəhətdən sürətli inkişaf, dünyada nüfuzunun artması, öz tərəfdarlarının sayının artırılmasından səmərəli istifadə edir və həm də digər dövlətlərin inkişaf etməsinə şərait yaradır. Buna görə də əksər ölkələr Azərbaycanla əməkdaşlığa can atır, o cümlədən də Xorvatiya. Azərbaycan Prezidentinin yürütdüyü siyasət bütün sahələr üzrə ölkənin tanınmasına, söz sahibi olmasına, eyni zamanda müsbət imic qazanmasına, qazanılan imicin möhkəmlənməsinə təkan verən amillərdir".

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Türkiyədə şəhid düşən əsgərin bacısı dəfn mərasiminə qardaşının formasınında.... Gözlər hər şeyi deyir...

Redaktor seçimi

SON XƏBƏRLƏR