Dərc edildi: Baxış sayı: 609
Ekranı döndərilən noutbuk təqdim edilib
Tayvanın "Compal Electronics" şirkəti korpusdan ayrılmadan portret rejiminə keçərək (istifadəçi ekranı sağ alt küncdən qaldıra bilər) 14 düymlük döndərilən "OLED" ekrana malik "PivoBook" adlı noutbuk hazırlayıb.
"ICTnews" Elektron Xəbər Xidməti "Popmech www.popmech.ru" resursuna istinadən yazır ki, məlumata görə, çəkisi 1,5 kiloqram təşkil edən qurğu böyük sensor ekranla təchiz edilib. Onun digər texniki xüsusiyyətləri barədə məlumat verilmir.
Noutbukun seriyalı istehsalı planlaşdırılsa da, "Compal Electronics" brendi ilə buraxılmayacaq. Qiyməti hələlik açıqlanmayan yeni qurğunun bu il digər adla Asiya və Şimali Amerikada satışa çıxarılacağı gözlənilir.
Nizam Nuriyev
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət