Slimfit
  1. CƏMİYYƏT

Ekoloq: “Yaxşı olar ki, avtomobillərə deyil, piyada hərəkətə üstünlük verək”

Ekoloq: “Yaxşı olar ki, avtomobillərə deyil, piyada hərəkətə üstünlük verək”
Sakura

Ekoloq: “Yaxşı olar ki, avtomobillərə deyil, piyada hərəkətə üstünlük verək”

Dünyanın bir sıra şəhərlərində ekologiyanın qorunması məqsədilə avtomobillərdən imtina və piyada yönümlü şəhərə keçid istiqamətində işlər görülür. Bakıda da artıq bir neçə ildir ki, nəqliyyat infrastrukturunun qurulmasında piyada yönümlü şəhərə keçid prioritet istiqamətlərdən hesab olunur.

Nəqliyyat vasitələrindən istifadənin atmosferə mənfi təsir vurması şübhəsizdir. Ekoloq Telman Zeynalov bu təsirin səbəblərini izah edib: "Avtomobillərin havanı çirkləndirməsinin əsas səbəblərindən biri bəzi yolların çirkli olmasıdır. Hər bir maşın hərəkət vaxtı atmosferə ildə 10 kiloqrama qədər toz göndərir. Maşın hərəkət edən zaman təkərlər işləyir və asfaltın üstündəki tozu göyə qaldırır. Havanın çirklənməsinin digər səbəblərindən biri isə avtomobillərin yanacağından ayrılan zərərli qazlardır. Mühərrik işlədikcə avtomobillərə tökülmüş yanacaqdan havaya belə qazlar buraxılır. Yanacaq keyfiyyətli olanda ondan atmosferə nisbətən az karbon və dəmyə qazı ayrılır. Lakin istənilən halda bu qazlar ekologiyaya zərər vurur. Yanacaqdan ayrılan həmin qazlar isti hava kütləsinin yuxarı qalxmasına imkan vermir. Ona görə də şəhərdə isti rayonlara nisbətən 5-10 dərəcə çox olur. Daha yaxşı olar ki, piyada hərəkətə üstünlük verək. Piyada hərəkət qan dövranını yaxşılaşdırır, insanın sağlam qalmasına kömək edir. Paralel olaraq da ekologiyanın daha az çirklənməsini təmin edilir”.

Qeyd edək ki, karantin rejimi ilə əlaqədar təbii olaraq paytaxtda nəqliyyat vasitələrinin sayında da azalma müşahidə edilir. Bakı Nəqliyyat Agentliyindən (BNA) verilən məlumatda bu azalmanın şəhərin ekoloji durumuna müsbət təsir etdiyi bildirilib: "Karantin günlərində hərəkətdə məhdudiyyətlərin tətbiqi havadakı zərərli qaz və tullantıların həcminin azalmasına səbəb olub. Paytaxtın bəzi küçə və prospektlərindəki svetoforlarda quraşdırılan hava keyfiyyəti sensorlarının qeydə aldığı nəticələrə görə, Yeni İl tətili günlərində Bakı şəhərinin havasında karbon monoksidin həcmi 40% azalıbsa, karantin rejimində bu azalma 60% təşkil edib. Metan qazının yeni ildə 30% olan həcmi, karantin rejimində 45%-ə qədər azalıb. Oxşar tendensiya kükürd oksidinin həcmində də qeydə alınıb. Yeni ildə 70% , karantin rejimində isə 90% təşkil edib”.

Mənbə: fins.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nizami adına Ədəbiyyat Muzeyinin binasının pəncərəsində Əfzələddin Xaqani rəsmi

Redaktor seçimi

SON XƏBƏRLƏR