Slimfit
  1. TƏBİƏT

Ekoloji sənədlərin verilməsi asanlaşdırılır

Ekoloji sənədlərin verilməsi asanlaşdırılır
Sakura

Ekoloji sənədlərin verilməsi asanlaşdırılır

Müəssisələrin fəaliyyətinin ekoloji normalara uyğunlaşdırılması üçün sənədlərın alınma prosesində şəffaflığın tam təmin olunması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyində görüş keçirilib.

Axar.az xəbər verir ki, görüşdə Nazirliyin rəhbər işçiləri, ekoloji normativ sənədləri hazırlayan mütəxəssislər, 20-dən çox aidiyyəti dövlət qurumlarının əməkdaşları, alimlər, qeyri hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər.

Vətəndaşların məmnunluğunun təmin olunması ücün ekoloji normativ sənədlərin sayının azaldılması, xüsusi icazə və rəy sisteminin sadələşdirilməsi, bu sənədlərin verilməsinin ASAN xidmət vasitəsilə həyata keçirilməsi məsələləri müzakirə olunub və bu istiqamətdə müvafiq təkliflər dinlənilib.

Müzakirələrdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin şəffaf icazə və rəy sisteminin yaradılmasında, vətəndaşların üzləşdiyi çətinliklərin aradan qaldırılmasında, dövlət xidmətlərinin insanlar üçün daha asan və səmərəli təşkil edilməsində maraqlı olduğu diqqətə çatdırılıb və tərəf müqabillərinin bu işdə yaxından iştirak etmələrinin vacibliyi vurğulanıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Alyaskanın bayrağını 13 yaşlı uşaq tərtib edib

Redaktor seçimi

SON XƏBƏRLƏR