Dərc edildi: Baxış sayı: 780
2019-cu ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Votsap nömrəsi fəaliyyətə başlayacaq
2019-cu ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Votsap nömrəsi fəaliyyətə başlayacaq.
Axar.az xəbər verir ki, bu sözləri nazirliyin Ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Səyyarə Məmmədova jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, məqsəd hər hansı bir ekoloji hala operativ müdaxilə edilməsidir:
“Vətəndaşlar harada ekoloji pozuntu, tullantıların çox olduğunu görsələr, bu nömrəyə yazılı və görüntülü formada məlumat verə biləcəklər”.
Səyyarə Məmmədova qeyd edib ki, Votsap nömrəsi “Qaynar xətt”lə yanaşı fəaliyyət göstərəcək.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət