Ekologiya və Təbii Sərvətlər naziri Zaqatalada vətəndaşları qəbul edəcək
Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev Zaqatalada vətəndaşları qəbul edəcək.
Bu barədə "Report"a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Qəbul sentyabr ayının 28-də saat 09:30-da Zaqatala şəhərində yerləşən Heydər Əliyev Mərkəzində olacaq. Qəbulda Zaqatala, Balakən və Qax rayonlarının vətəndaşları iştirak edə bilərlər.
Qəbula gəlmək istəyən vətəndaşlardan qeydiyyatdan keçmək üçün info@eco.gov.az və ecologiya.nazirliyi@eco.gov.az elektron poçt ünvanları, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 saylı “Qaynar xətt”i, həmçinin Zaqatala Regional Meşə Təsərrüfatı Mərkəzi (ünvan: Zaqatala şəhəri, Nizami küçəsi 40) ilə əlaqə saxlamaları (əlaqə telefonları: 051-960-60-00, 050-580-88-38, 024-22-08-37) xahiş olunur.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət