Slimfit
  1. CƏMİYYƏT

"Əkin sahələri duzsuzlaşdırılmış dəniz suyu ilə suvarıla bilər" - Komitə sədrindən AÇIQLAMA

"Əkin sahələri duzsuzlaşdırılmış dəniz suyu ilə suvarıla bilər" - Komitə sədrindən AÇIQLAMA
Sakura

"Əkin sahələri duzsuzlaşdırılmış dəniz suyu ilə suvarıla bilər" - Komitə sədrindən AÇIQLAMA

Xəbər verdiyimiz kimi, aprelin 12-də Prezident İlham Əliyev "Dəniz suyunun duzsuzlaşdırılması yolu ilə içməli su istehsalı sahəsində pilot layihənin həyata keçirilməsi tədbirləri haqqında" Sərəncam imzalayıb.

Sərəncama əsasən, Bakı şəhərinin və ətraf ərazilərin su təminatının yaxşılaşdırılması üçün dəniz suyunun duzsuzlaşdırılması yolu ilə içməli su istehsalı sahəsində pilot layihə həyata keçiriləcək.

Bəs, bu sərəncamın imzalanmasının nə kimi əhəmiyyəti olacaq? Gələcəkdə Xəzər dənizi ətrafında yerləşən rayonlarda əkin sahələrinin suvarılması üçün də dəniz suyunun duzsuzlaşdırılması mümkündürmü?

Mövzu ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev bildirdi ki, Prezidentin imzaladığı sərəncam dövrün reallıqlarını, həm də mövcud vəziyyəti özündə əks etdirir.

Onun sözlərinə görə, bu gün nəinki dünyada, Azərbaycanda da, istər əkin suyuna, istərsə də içməli suya çox ciddi ehtiyac duyulur:

"Ona görə də vacib olan bütün tədbirlərin görülməsi nəzərdə tutulur. Bu baxımdan dəniz suyunun duzdan azad edilməsi və içməli su kimi istifadə olunması haqqında pilot layihənin həyata keçirilməsi ilə əlaqədar cənab Prezidentin imzaladığı sərəncam həqiqəti əks etdirmək, həm də bu sahədə olan çətinlikləri aradan qaldırmaq baxımından vacib və əhəmiyyətlidir. Bir çox xarici ölkələrin təcrübəsi var. Onlar bu üsulla müəyyən göllərin, dənizlərin suyunu saflaşdırırlar və onu içməli su, eləcə də əkin suyu kimi müəyyən qaydada istifadə edirlər".

Tahir Rzayev qeyd etdi ki, əgər bu pilot layihəsi uğurla nəticələnərsə və dəniz suyundan içməli su kimi istifadə edilməsi uyğun olarsa, gələcəkdə müəyyən sahələrin də dənizətrafı rayonlarda yerləşən əkin sahələrində dəniz suyundan təmizləndikdən sonra istifadə olunması reallığa çevrilə bilər.

"Bu, çox mühüm bir pilot layihəsi olacaqdır. Çünki bu gün dünyadakı çətinliklər, suya olan tələbat həmin problemlərin qarşısının alınması üçün vacib olan bir tədbirə çevriləcəkdir. Bilavasitə insanların içməli suya olan tələbatının aradan qaldırılması baxımından vacib olan layihədir və arzumuz budur ki, uğurla həyata keçirilməsi mümkün olsun", - deyə komitə sədri əlavə etdi.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yunanıstanın ikinci böyük şəhəri olan Saloniki 1997-ci ildə Avropa mədəniyyət paytaxtı seçilmişdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR