Dərc edildi: Baxış sayı: 707
Əkbər İsmayılova general-mayor rütbəsi verilib
Prezident İlham Əliyevin sərəncamı ilə ali xüsusi rütbə alan zabitlər arasında Bakı Şəhər Baş Polis İdarəsinin rəisi Əkbər İsmayılov da var.
"Ens.az" “Report”a istinadla xəbər verir ki, sərəncamla Bakı Şəhər Baş Polis İdarəsinin rəisi polis polkovniki Əkbər Məcid oğlu İsmayılova polis general-mayoru ali xüsusi rütbəsi verilib.
Qeyd edək ki, daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun 2020-ci ilin noyabr ayında imzaladığı əmrlə Ə.İsmayılov Bakı Şəhər Baş Polis İdarəsinə rəis təyin edilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət