Əhvalı yaxşılaşdırmaq üçün zəncəfilin 5 faydalı xüsusiyyəti
Zəncəfil təkcə soyuqdəymə zamanı kömək etmir.
Şərq ölkələrində zəncəfil cavan və sağlam qalmağa kömək edən güclü dərman vasitəsi kimi məşhurdur. Az miqdarda zəncəfilin kökünün istifadəsi universaldır və demək olar ki, əks göstəricisi yoxdur.
Dəri
Zəncəfilin tərkibində xüsusi qinqerol maddəsi var ki, o iltihabı yatırır və ağrını aradan götürür, bu da dəridə aşkar görünür. Zəncəfilin istifadəsi iltihablı dərini sakitləşdirir, sızanaqların sağalmasını sürətləndirir.
Antioksidantların təsiri
Bütün antioksidantlar sərbəst radikalları məhv edir, kollagenin ifrazını stimullaşdırır və orqanizmin qocalmasının qarşısını alır. Zəncəfildə xərçəngdən müdafiə edən antioksidantlar var.
Ürək bulanmasının azalması
Zəncəfil çayı - ürək bulanmasına qarşı ən təsirli təbii vasitədir, o istənilən mənşəli ürək bunalmasını aradan qaldırır: yolda silkələnmə, kimyəvi terapiyadan sonra, qida zəhərlənməsindən sonra. Zəncəfil çayı həmçinin qarında yaranan şiş zamanı da kömək edir.
Xolesterolun azalması
Zəncəfilin istifadəsi ürək və damar xəstəlikləri yaradan bəd xassəli xolesterolun səviyyəsini azaldır. Zəncəfil qanı süzmək xüsusiyyətinə malikdir, bunun sayəsində trombların formalaşması, infarkt və insult riski azalır.
Soyuqdəyməyə əks təsir
Dəridə iltihabları aradan qaldıran gingerollar və antioksidantlar mikroblara və göbələklərə qarşı xüsusiyyətə malikdir. Zəncəfil orqanizm infeksiyalarla mübarizə aparmağa və immuniteti artırmağa kömək edir.
Mənbə: Mport.ua
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət