Slimfit
  1. MARAQLI

Ehtiyacımız olmayan məhsulları niyə alırıq? - "Didro effekti" nədir?

Ehtiyacımız olmayan məhsulları niyə alırıq? - "Didro effekti" nədir?
Sakura

Ehtiyacımız olmayan məhsulları niyə alırıq? - "Didro effekti" nədir?

"Didro effekti" adlandırılan bu təsir filosof Diderotun başına gələn bir əhvalat sonrasında yaranmışdır.

Metbuat.az həmin hekayəni təqdim edir:

XVIII əsrdə yaşamış fransız filosof Diderot ona verilən pula qırmızı bir palto almağa qərar verir. Elə əsas hadisələr də bundan sonra başlayır. Geyimlərinin cazibəsinə qapılmağa başladıqca evində olan əşyaların geyimlərinə yaraşmadığını düşünür və əşyalarını bir-bir dəyişdirməyə başlayır. Nəhayət o, evdəki bütün əşyaları dəyişdirir. Ödəməli olduğu borcları olsa da, satınalma istəyinə qalib gələ bilmir. Yaşadığı bu hadisədən sonra alıcılığa olan aludəçiliyi haqqında bir məqalə yazmağa qərar verir və bu təsiri sonralar onun adı ilə “Didro effekti” olaraq adlandırlar.

“Didro effekti nədir?”

Bu sindrom alış-veriş vərdişi ilə bağlı iki fərziyyəyə əsaslanır:

1. Satın aldığınız məhsullar xarakterinizin bir parçasına çevrilir və digər satın aldıqlarınızı tamamlayır.

2. Yeni aldığınız və daha əvvəl sahib olduqlarınıza uyğun gəlməyən məhsul üçün yeni qrup yaratmalı olursunuz və siz ona uyğun başqa məhsullar almağa başlayırsınız.

Bu effekt necə təsir göstərir?

Diderot kimi tanınmış bir filosofu belə alış-veriş aludəçisinə çevirib müflisliyin astanasına gətirən bu effekt bizə necə təsir göstərər? Qısaca, bu bir alıcının yeni bir əşya alarkən bu əşyanın cazibəsinin təsiri ilə, bu əşyaya layiq görmədiyi köhnə əşyalarını dəyişdirib yeni əşyalar almağıdır. Yəni, bir məhsul alarkən alıcı bu məhsulun səviyyəsinə uyğun digər məhsullar alır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Qaçaq Nəbinin çəkilmiş yeganə şəkli, 1895-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR