Slimfit
  1. GÜNDƏM

Əhmədliyə də sürət qatarı çəkiləcək

Əhmədliyə də sürət qatarı çəkiləcək
Sakura

Əhmədliyə də sürət qatarı çəkiləcək

Əhmədli və Zirə qəsəbələrinə, eləcə də Hava Limanına yerüstü sürət qatarlarının çəkilməsi planlaşdırılır. Fins.az xəbər verir ki, bu barədə məlumatı “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov AzTV-nin "Günün Nəbzi" verilişində verib.

O bildirib ki, yaxın gələcək üçün planlarda imkan daxilində Bakıda yerüstü dəmiryolu nəqliyyatını inkişaf etdirib uzatmaq var:

“Fikrimiz var ki, gələcəkdə dəmiryolu xətləri Əhmədli qəsəbəsinə, İndiki Zirə qəsəbəsinə, Hava Limanına qədər uzadılsın və həmin ərazilərə sürət qatarları fəaliyyətə başlasın.

Tikinti işləri davamlı xarakter daşıyır. Qatar gələcəyin nəqliyyat vasitəsidir. Bu nəqliyyat vasitəsi həm təhlükəsiz, həm ekoloji cəhətdən təmiz, həm də qiyməti daha uyğundur”. 

C. Qurbanov onu da qeyd edib ki, hazırda regionlara da sürət qatarlarının çəkilməsinə tələbat var:

“Qəbələyə çəkilən dəmiryol xətti bir qədər çətin mövqelərdən keçir. 45 km-lik yolun artıq yarısı hazırdır, çəkilib. Hesab edirəm ki, bu ilin sonuna kimi torpaq yataq tam bitər, gələn ilin yayına isə Qəbələyə sürət qatarı istifadəyə verilə bilər. Bakıdan oraya təqribən 210-280 km yoldur. Sürəti orta hesabla 80 km/saat götürsək, 2 saat yarım, maksimum 3 saata Qəbələyə çatmaq olar. 

Şahdağa sürət qatarı proyekti artıq başa çatır, büdcə ayrılıb. Lənkəran tərəfə isə artıq torpaq alınıb, proyektlənmə işi gedir”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Curiosity yeni ərazi üzərində (06.03.2019)

Redaktor seçimi

SON XƏBƏRLƏR