Dərc edildi: Baxış sayı: 705
Əhmədi Dai - Şükranə, sənin yoluna min can ola bir gün
Şükranə. sənin yoluna min can ola bir gün,
Kim həsretinə irmeye imkan ola bir gün.
Eşqin yoluna ox kimi can doğruluq eyler,
Ta qaşlannm yayma qurban ola bir gün.
Ol zülfı-pərişan mene görsen nelər eylər,
Deməz mənə kim könlü pərişan ola bir gün.
Əğyan sürüb könlüm evin xəlvət edindim,
Ta kim gələ ol yar ona mehman ola bir gün.
Ey bülbülü dilxəstə, məlul olma qəfesdə,
Kim mənzilin ol bağü gülüstan ola bir gün.
Həm badi-səba irə bəşarət verə güldən,
Həm qönçə dəxi gül kimi xəndan ola bir gün.
Hicran sonucu vəsle dönüb şad ola Dai,
Bu qəmdən onun dərdinə dərman ola bir gün.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət