Slimfit
  1. CƏMİYYƏT

Əhməd Əhmədov azadlığa çıxa bilər - Ekspert

Əhməd Əhmədov azadlığa çıxa bilər - Ekspert
Sakura

Əhməd Əhmədov azadlığa çıxa bilər - Ekspert

Əgər bir insan şüurlu şəkildə cinayət hadisəsinə yol vermirsə, onun azadlığa buraxılması mümkündür.

Ens.Az-ın məlumatına əsasən,bu sözləri Axar.az-a ailə üzvlərini qətlə yetirən Əhməd Əhmədovun haqqında məhkəmə-psixiatrik ekspertizasının yekun rəyinə münasibət bildirən ekspert, hüquqşünas Şamil Paşayev deyib.

“Anlaqsız şəxsin sağalması və cəmiyyətə inteqrasiya olması mümkündür. Yəni sözügedən Əhməd Əhmədov tibbi xarakterli məcburi tədbirlər seçiləndən sonra sağalarsa, o, normal həyata qayıda və cinayət məsuliyyətindən azad oluna bilər. Sağalmadığı təqdirdə isə stasionar qaydada psixatirik xəstəxanada yerləşdirilir və ömürlük orada qalır”, - Ş.Paşayev bildirib.

Qeyd edək ki, bu il fevralın 13-də 1999-cu il təvəllüdlü Əhməd Əhmədov atası - 1972-ci il təvəllüdlü Mehman Əhməd oğlu Əhmədovu, anası - 1977-ci il təvəllüdlü Bikə Bədəl qızı Əhmədovanı və qardaşı 2015-ci il təvəllüdlü Məhəmməd Mehman oğlu Əhmədovu, bundan əvvəl başqa bir ünvanda isə bacısı - 1997-ci il təvəllüdlü Elmira Əhmədovanı və onun azyaşlı qızını qətlə yetirib. Faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddələrilə cinayət işi başlanıb.

Xətai Rayon Prokurorluğunda istintaq edilən cinayət işi üzrə təqsirləndirilən şəxs Əhməd Əhmədovun barəsində təyin olunmuş təkrar komission məhkəmə-psixiatrik ekspertizasının rəyinə əsasən, o cinayət əməlini törədən zaman anlaqsız vəziyyətdə olub.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Fransızlar tərəfindən başları bədənindən ayrılan Mərakeş müsəlmanlarının təsvir olunduğu POÇT MARKAsı. 1922-ci ildə Fransada istifadə olunub.

Redaktor seçimi

SON XƏBƏRLƏR