Slimfit
  1. BİOQRAFİYA

Əhməd Cəlayır

Əhməd Cəlayır
Sakura

Sultan Qiyasəddin Əhməd Cəlairi - sərkərdə, dövlət xadimi

Sultan Qiyasəddin Əhməd Cəlairi (1382-1410) — Cəlairilər sülaləsindən olan Azərbaycan sultanı.

 

Məlum olduğu kimi, Əbdülqadir Marağayi iki sülalənin - Cəlairilər və Teymurilər sülalələrinin hakimiyyəti dövründə yaşayıb yaratmışdır. Marağayi öz vətəni Azərbaycanda ifaçılıq və musiqi yaradıcılığı ilə məşğul olmuşdur. Gənclik illərində Təbrizdə fəaliyyət göstərərkən Cəlairilər sülaləsinin hökmdarı şeyx Üveysin diqqətini cəlb etmiş və onun böyük hörmətini qazanmışdı. Üveysdən sonrakı Sultan Hüseynin hökmdarlığı dövründə Marağayi sarayda yaşayıb yaratmışdır. Məxəzlərdən məlumdur ki, digər Cəlairi hökmdarı Sultan Əhməd də Marağayiyə böyük hörmət bəsləmiş, Təbrizdən Bağdada köçən zaman Əbdülqadiri də özü ilə aparmışdı. Sultan Əhmədin böyük hörmət əlaməti olaraq Marağayinin yaradıcılığı haqqında əsər yazdığı da məlumdur. Saray musiqiçilərinin mövqeləri o qədər də möhkəm deyildi. Onların taleyi hökmdarların dəyişməsindən və şıltaqlıqlarından asılı idi.

Bir dəfə Bağdadda ikən Sultan Əhməd Əbdülqadirlə qayıq gəzintisinə çıxıbmış. O, Şeyx Cüneyd Bağdadidən 4 misralıq bir şeir oxuyaraq qayığı sürənlərə işarəylə Əbdülqadirə deyir: "Bu dördlüyə qayığımızdakı 30 avarçəkənin sayı qədər, 30 müxtəlif musiqi bəstələyə bilərsənmi?" Əbdülqadirə "Edə bilərsənmi" sualını verməkmi olardı? Sahilə yan alana qədər sonralar "Dövr-i şahi" adıyla məşhur olacaq 30 nəğməni bəstələyib oxuyur? Ulular ulusu, cahan sultanı O böyük tacdar, dinin hayanı. "Şahlar şahı", "Dinin qütbü" - deyilən Ölkənin sahibi Teymur Kürəkən. Allahın hökmüylə gəldi Bağdada, Mənə çox iltifat göstərdi o da. Məni Səmərqəndə o rəvan etdi, Bir kənd, ev, bağ, bostan ərməğan etdi. Mavərənnəhri mən gördüm bir cənnət, Əhalisi tamam pakizəxislət. Şeyx-qazi, gənc-qoca, savadlı-avam, Xoş fikrə gəldilər haqqımda tamam. "Ey hikmət sahibi, sənin tək gövhər Heyhat, səksən ildə görmədik bizlər". Əsrin şahlarının uşaqları da, Durdu xidmətimdə hər bir sarayda. Əta elədilər, hey xələt, nəmər, Mənimçün qurdular çox toy-düyünlər. Ordusuyla gəlib enincə atdan Məni axtarardı şah hər bir zaman. "Əvvəl şeir söylə, könlümüz gülsün Ruhumuz həzz ilə dolsun büsbütün". Bəzən buyurardı: "Sən ey aləmdə Bənzəri olmayan! Udu al ələ". Gah öpüb deyərdi: "Şux nəğmə qoş sən Nöhövt muğamında, Nəva kökündən". Səkkiz yüz səkkizdi fani aləmdən Qüdrətli hökmdar köçüb gedərkən. Ruhuna qovuşsun haqqın rəhməti, Ruhu tərk etməsin heç vaxt cənnəti. Çoxdusa da hökmü, malı, qoşunu Əcəl məğlub etdi axırda onu. Qoy ruhu behiştlik olsun əbədi, Yerinə gənc Sultan Xəlil yüksəldi. Bu hadisə - Teymurun nəvəsi Sultan Xəlilin taxta çıxması 1405-ci ildə olacaq. Aralıqdakı illərdəsə Əbdülqadirin həyatındakı ən dramatik çaxnaşmalar cərəyan etmişdi. 1386-cı ildə Teymurləng ordusunun müzəffər yürüşlərindən və onun Təbrizi də işğal etməsindən qorxuya düşən Sultan Əhməd Cəlayiri bir dəstə simsar bildiyi şəxsi, o sıradan Əbdülqadiri də götürərək ikinci paytaxt olan Bağdada qaçır. 7 il sonra, 1393-cü il avqustun 10-da Teymur Bağdadı da zəbt edir. Və yenidən qaçmağı qət edən Əhməd Cəlayiri bu dəfə Misirə, Məmlük sultanı Bərkükə pənah aparır və özü ilə götürdüyü qaçqınlar arasında sevimlisi Əbdülqadir də var. Lakin bu dəfə bəxt onlara arxa çevirir, qaçıb qurtara bilmirlər. Nizaməddin Şaminin "Zəfərnamə"si anladır ki, Teymurilərin süvariləri Kərbəla hüdudlarında Sultan Əhmədi və ailəsini, eləcə də onunla bahəm bir dəstə sənətçini haqlayır.

 

 

Qəzəlləri

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Norveçdə körpü

Redaktor seçimi

SON XƏBƏRLƏR