Slimfit
  1. ƏDƏBİYYAT

Əhməd Cavad - Lirik parçalar

Əhməd Cavad - Lirik parçalar
Sakura

Əhməd Cavad - Lirik parçalar

I
Nə gözəl giryədir, bu giryə xuda?!
Nə qədər dilfırib por sevda!
Giryeyi-qəmmi? Ya ki həsrətmi?
Hasili-hüzn, ya məsərətmi?
Giryə həm xəndəyə edər mail, 
Seyr edən kimsəyi qılar sail. 
Bilməzəm ağlayummı bu halə? 
Güləyim qoy sə kətmi1 əhvalə? 
İki sevdazadə bulub vəslət, 
Hicr əlindən tutubdilər fiirsət! 
Ağlamaq hicrdən şikayətdir, 
Xəndələr fırqətə nəhayətdir!

II
Ya rəbb, nə lətif cismi-canan?!
Pur nuri-ziya camalı hər an!
Rəftarı sütudə, yari-məsud.
Güftarı həzin, üyuni - xəndan!
Zülfi siyəhi kəmalə varmış,
Bir mah camal, şahi-xuban!
Növrəstə büti, pür işvə tənnaz,
Oldu bana cilvəgər xuraman!
Ey yari-əzizi gülüzarım,
Seyr eylə bu halı şanlı sultan! 
Bilməm bumu rəsmi dilbəranə? 
Rəhm eyləmiyorlar aşiqanə!

III
Hər qönçəyi görməyə çoxdan həvəsim var, 
lakin sana məclub olub, ey şuxi-dilara, - 
Bilmərrə həyatım uğrunda durub inlər!
Yalnız səni, sən qonçeyi-yekdaneyi bəklər!
Bilməm nə qədər tatlı keçənlərdəki didar?!
Ruhim dəgil ehyamə, səbəb şəkk edəməm bən!
Yalnız düşünürəm səni həp zindeyi-əsrim!
Sevdanə giriftar öləli başqa həyətə,
Malikini, təbdilə bin dürlü sifatə!
Eşqindir, əvət! Danmiyoram, danmayasan sən!!!
1909, dekabr

IV
Təvcihi-nigah etdikcə canım yaxıyor yar! 
Yəni nəzər etdikcə, seyran bakıyor yar!

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İlan özünün dili ilə ətraf mühitdən hissəciklər toplayır və onları ağız boşluğuna "analiz etmək" üçün göndərir. Bu prosedur ona qurbanını izləməyə və təhlükəni hiss etməyə kömək edir.

Redaktor seçimi

SON XƏBƏRLƏR