Slimfit
  1. ƏDƏBİYYAT

Əhməd bəy Ağaoğlu - Sərbəst insanlar ölkəsində/Parlamentdə nələr gördüm

Əhməd bəy Ağaoğlu - Sərbəst insanlar ölkəsində/Parlamentdə nələr gördüm
Sakura

Əhməd bəy Ağaoğlu - Sərbəst insanlar ölkəsində/Parlamentdə nələr gördüm

Bəstəboy, şişman bir adam kürsüyə çıxdı. Dəstə başçımız qulağıma əyilərək: "Maliyyə naziridir, məşhur maliyyəçidir" - dedi.
Nazir əlində tutduğu bir topa kağızı önünə qoyaraq, öz layihəsini açıqlamağa başladı. Sonra müxtəlif nəzəriyyə və sistemlərdən bəhs edərək, sərvət üzərinə mütərəqqi vergi qoyulması ehtiyacını anlatdı.
İstər məclis üzvləri, istərsə lojalarda əyləşənlər çox diqqətlə, səssizcə dinləyirdilər. İzahat bitər-bitməz iki nəfər söz istədi. Onların kimliyini soruşdum. Başçımızın söylədiklərindən anladım ki, məclisdə mərkəzçi, sağçı və solçu olmaqla üç partiya varmış. Həm də millət vəkili olan maliyyə naziri mərkəzçi partiyaya mənsubmuş. Ölkədəki ənənəyə görə, hər bir partiyanın ayrı-ayrı elmlərdə ixtisaslaşmış çoxlu mütəxəssisi olduğundan, hər bir məsələ müzakirəyə
çıxarılanda, partiyanın adından yalnız həmin mütəxəssislər söz söylərmiş. Digər partiya üzvləri öz davranış və rəyləri ilə çıxışçını müdafiə edərlərmiş.
Sağçı partiyanın sözlüsü nazirin bəyanatını şiddətli tənqidə tutaraq, layihənin rədd olunmasını tələb etdi. Solçu partiyanın çıxışçısı isə nazirin açıqlamasını bəyənməklə bərabər, layihəni yetərli saymadı. O, nazirin qəbul etdiyi vergi rəqəmlərini və vergi nisbətini lazım olduğundan az hesab edərək, layihənin bu baxımdan düzəlişi üçün yenidən komissiyaya qaytarılması təklifini irəli sürdü.
Nazir bir daha kürsüyə çıxaraq, tənqidlərə bircə-bircə cavab verdi və layihənin olduğu kimi səsə qoyulması üzərində dayandı.
Bu dəfə partiyaların digər mütəxəssisləri də söz alıb kürsüyə çıxdılar. Diqqətimi çəkən o oldu ki, müzakirələr zamanı xırdaca bir qızğınlığa da yol verilmədi. Çıxışçılar mövzudan yayınmır, söylənən fikirləri, vergi sistemlərini var qüvvə ilə müdafiə və ya tənqid etsələr də, bir-birlərinə qarşı çox sayqılı davranış göstərirdilər. Heyrət məni götürmüşdü. 
Yanımdakı tanışıma dedim:
- Necə qəribədir! Heç hirslənib özlərindən çıxmırlar. Azacıq da olsa, bir-birinin şəxsiyyətinə toxunmurlar.
- Elədir, mən də mat qalıram.
Sən demə, başçımız bizi eşidirmiş. Gülümsəyərək bildirdi ki, "niyə hirslənməlidirlər axı? Atalarının malını bölüşdürmürlər ki. Hamısının bir məqsədi var - ölkəyə xidmət! Və hər kəs digərinin gözəl niyyətinə, səmimiyyətinə arxayın olduğundan, qızışıb özündən çıxmağa səbəb yoxdur."
Bu cavabı dinlərkən yenə öz ölkəmi xatırladım. Və yenə öz ölkəmin əvəzinə qızarıb xəcalət çəkdim.
Müzakirə davam edirdi. Başçımız bizə doğru əyilib dedi:
- Büdcənin müzakirəsi hələ iyirmi gün sürəcək. Hələ iyirmi gün parlament üzvləri gecə-gündüz çalışacaq! Yenə dinləyəcəksiniz?
Artıq axşam düşürdü. Başçımızın getmək istədiyini anlayıb biz də ayağa qalxdıq.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünyanın ən bahalı evini Frenk Bakli tikib. İrland dizayneri tikinti materialı əvəzinə puldan istifadə edib

Redaktor seçimi

SON XƏBƏRLƏR