Slimfit
  1. ƏDƏBİYYAT

Əhməd bəy Ağaoğlu - Sərbəst insanlar ölkəsində/Azadlıq və xarakter

Əhməd bəy Ağaoğlu - Sərbəst insanlar ölkəsində/Azadlıq və xarakter
Sakura

Əhməd bəy Ağaoğlu - Sərbəst insanlar ölkəsində/Azadlıq və xarakter

 

Natiq bundan sonra əsl mövzuya keçərək azadlıqla xarakter arasındakı bağlılığı anlatmağa başladı və dedi:
- Bu ön sözdən sonra məqsədimin izahı çox asandır. Siz də razılaşdınız ki, azadlıq yalnız fədakar xarakterə söykənir. 
Doğrudan da azadlığa qarşı təhlükələrin qaynaqlarını təyin etmək çətin deyil. Bunlar bütövlükdə bəzi vətəndaşların basqı və zorakılığa meyl etmələrindən, o biri yandansa cəmiyyətin biganəliyindən ibarətdir. Fədakar xarakterin hakim olduğu yerdə nə həmin meyl, nə də biganəlik qalır. Fərdlərdə basqı və zorakılıq arzusu qalmadığı kimi, mühitdə də biganəlik bəlası aradan qalxır və bu üzdən hər hansı bir fərddə zorakılıq arzusu olsa belə, mühitin həssaslığından və
fərdlərin fədakarlığından irəli gələn müqavimət qarşısında aciz qalır. Ancaq vəziyyət əksinə olanda, yəni cəmiyyət biganəlik göstərəndə və adamlar fədakarlıq keyfiyyətindən məhrum olanda, aydın məsələdir ki, azadlıq daim təhlükə ilə üzləşəcək.
Natiq bu fikrini də bir çox misallarla əsaslandırıb konfransı bitirdi.
Qəribədir ki, natiq burada da nə kürsüyə çıxarkən, nə də çıxışını bitirib gedərkən alqışlandı. Axırda anladım ki, belə hərəkətlər sərbəst şəhərdə yasaq imiş! Amma onu da deyim ki, çıxış başdan sonadək dərin bir sükut içində dinlənildi və natiq getdikdən sonra dinləyicilər qruplara bölünüb çıxışın bəzi yerlərini uzun-uzadı çək-çevir etdilər.
Mənə gəlincə, çıxış məni dərindən sarsıtmışdı. İndiyədək heç bir konfransdan bu qədər təsirlənməmişdim. Anladım ki, indiyədək dinlədiyim çıxışların çoxu içiboş sabun köpüyündən başqa bir şey deyilmiş. Sərbəst insanlar şəhərindəki natiqin üslubu sadə, sözləri açıq-aydın, cümlələri qısa idi. O çıxış edərkən mürəkkəb bənzətmələrdən, qanadlı kəlmələrdən, uzun və seçmə cümlələrdən çəkinir, bütün diqqətini ifadə etmək istədiyi fikrin ətrafında toplayırdı. Bu 
fikirlər o qədər yuvarlaq, tutumlu və anlaşıqlı idi ki, dinləyənlərin beyninə işləyirdi. Bir daha anladım ki, bu şəhərin başında duran insanlar gecə-gündüz yaşadıqları yerə və qurduqları azadlıq ocaqlarına inam və sevgi saçmaqla və özlərindən sonra şəhəri və bu ocaqları yaşatdıracaq nəsillər yetirməklə məşğuldurlar.
Bu müşahidələr və natiqin açıqladığı fikirlər məndə çox acı xatirələr oyatdı. Bir vaxtlar azad ikən niyə yenidən əsir olduğumun səbəblərini axır ki, öyrəndim. Vicdanım ağrımağa başladı. Aman Tanrım, bizlər necə də bacarıqsızıq! Bir işi öyrənmirik, axıra çatdırmırıq! Əlimizə asanlıqla keçən azadlığın öz-özünə, öz mənliyi sayəsində yaşayacağını güman etdik. Tənbəl və boş dayanıb, olub-keçənləri seyr etdik! Halbuki azadlığı qorumaq nə qədər çətin imiş! 
Çalışmaq, gecə-gündüz bilmədən çalışmaq və bir inanca çevirərək yeni nəslə danışıb açıqlamaq lazım imiş! Yazıqlar ki, anlamadıq!!!

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli Azərbaycan bəstəkarı və pedaqoqu Qara Qarayev tələbələri arasında

Redaktor seçimi

SON XƏBƏRLƏR