Slimfit
  1. İQTİSADİYYAT

Əhaliyə yardım paketi niyə gecikir? - Ekspert

Əhaliyə yardım paketi niyə gecikir? - Ekspert
Sakura

Əhaliyə yardım paketi niyə gecikir? - Ekspert

Koronavirus pandemiyası ölkəmizdə bir deyil, bir neçə sahəyə ziyan vurub. Hazırda bu sahələr üzrə dəyən ziyan hesablanır. Bu, çox çətin prosesdir, lakin başda əhalinin aztəminatlı hissəsi olmaqla, bütün vətəndaşlara dəyən ziyan kompensasiya ediləcək.

Bu sözləri Axar.az-a açıqlamasında iqtisadçı ekspert Pərviz Heydərov koronavirusla əlaqədar dövlət dəstəyi paketinin hazırlanması ilə bağlı danışarkən deyib. O bildirib ki, yaradılan 4 İşçi Qrup müxtəlif sahələr üzrə dəyən ziyanı hesablayıb, təkliflər planı hazırlayır:

“Nəzərə almaq lazımdır ki, cəmiyyətdə mövcud vəziyyətlə bağlı ziyan görən sektorlar çoxdur. Yəni bu, bir sahə üzrə olsa, problem tez həll edilərdi. Birdən çox sahəyə ziyan dəydiyi üçün 4 İşçi Qrup yaradılıb. Bu qruplar ümumilikdə fərqli sahələr üzrə vətəndaşlara dəyən ziyanı hesablayır və təkliflər planı hazırlayır. Misal üçün bir qrup makro və mikro sahibkarlar üzrə işləyirsə, digər bir qrup onların tabeliyindəki günəmuzd işçilərlə bağlı çalışır, o biri qrup aztəminatlı ailələrə yardımı araşdırır və s.”

İqtisadçı qeyd edib ki, artıq makro və mikro sahibkarlarla bağlı müvafiq yardım təklifi hazırlanıb, təqdim olunub:

“Yaxın günlərdə əhalinin aztəminatlı hissəsi ilə bağlı da yardım paketi açıqlanacaq. Bu paketin gec açıqlanmasının səbəbi onun mexanizmləri üzərində aparılan işlərin hələ yekunlaşmamasıdır”.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Mirzə Fətəli Axundzadənin 1850-ci ildə yazdığı "Sərgüzəşti-vəziri-xani-Lənkəran" komediyası Azərbaycan teatrı səhnəsində qoyulmuş ilk dramatik əsərdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR