Slimfit
  1. CƏMİYYƏT

Əhaliyə verilən istiliyin satış dəyəri maya dəyərindən aşağıdır - Rəsmi

Əhaliyə verilən istiliyin satış dəyəri maya dəyərindən aşağıdır - Rəsmi
Sakura

Əhaliyə verilən istiliyin satış dəyəri maya dəyərindən aşağıdır - Rəsmi

“Azəristilik” ASC-nin sədr müavini İlham Mirzəliyev qurumun özəlləşdirilməsinə münasibət bildirib.

Oxu.Az-ın məlumatına görə, o deyib ki, bu gün əhaliyə verilən istiliyin satış dəyəri maya dəyərindən aşağıdır:

“Bu da onun sosial əhəmiyyəti ilə əlaqədardır. Həmin zərər məbləği müəyyən formada aradan qaldırılır. Hər hansı biznesmen zərərlə işləyən qurumu özəlləşdirməkdə maraqlı olmaz.

Özəlləşdirmənin olması məsələnin həlli deyil. Bu səbəbdən, biz strateji yol xəritələrinə uyğun yenilənmə etdikdən sonra bunu özəlləşdirməyə çıxarmağı düşünürük”.

İ.Mirzəliyev istiliklə bağlı tariflərin artırılmasından da danışıb:

“Hazırda hesablamalar aparılır, amma bu qiymətlərin artması anlamına gəlməyəcək”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Mirzə Fətəli Axundzadənin 1850-ci ildə yazdığı "Sərgüzəşti-vəziri-xani-Lənkəran" komediyası Azərbaycan teatrı səhnəsində qoyulmuş ilk dramatik əsərdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR