Slimfit
  1. CƏMİYYƏT

Əhaliyə ŞAD XƏBƏR: Bu tarixdən Azərbaycanda toyların keçirilməsinə icazə veriləcək

Əhaliyə ŞAD XƏBƏR: Bu tarixdən Azərbaycanda toyların keçirilməsinə icazə veriləcək
Sakura

Əhaliyə ŞAD XƏBƏR: Bu tarixdən Azərbaycanda toyların keçirilməsinə icazə veriləcək

Azərbaycanda 7 aya yaxındır ki, koronavirusa görə toyların keçirilməsinə qadağa qoyulub. Hazırda gündəlik yoluxanların sayı artma-azalma dinamikası ilə davam edir. Bu gün hər kəsi maraqlandıran sual Azərbaycanda toyların keçirilməsinə nə zaman icazə veriləcəyidir.

Ens.az xəbər verir ki, bununla bağlı KONKRET.az–ın sualını cavablanıran professor Adil Qeybulla bildirib ki, koronavirusun mutasiya prosesi davam edir:

“Ümumi həyatın sosial sahələrində yumşalmalar gedir. Yoluxanların sayında da azalma müşahidə edilir. Çünki belə ambulator müraciətlər olur. Bundan əlavə kompüter tomoqrafiyasında da xəstələrin sayı azalıb. O ki, qaldı toyların və digər kütləvi mərasimlərin keçirilməsinə hesab edirəm ki, onların formatı birdəfəlik dəyişilməlidir. Yəni 500-600 nəfərin bir zala yığılıb kondisioner altında oturması və yeyib-içmək tələffüz yolları xəstəliyinin yayılmasına səbəb olur. Azərbaycanda koronavirus bir neçə aydan sonra yəni payızın sonunda yox olacaq. Koronavirusdan başqa vərəm xəstəliyi də var. Vərəmin dərmanlara həssaslığı olmayan növü var. Bu xəstələr də Azərbaycanda az deyil. 500-600 nəfərin qapalı yerlərində bir yerdə oturması və nəfəslərinin qarışması olduqca təhlükəlidir. Toyların formatı dəyişməlidir. 80-100 nəfərin yəni yaxın qohumların iştirakı etdiyi toy məclisi keçirmək olar. O da təbii ki, sadəcə yemək-içməklə yox, başqa formatda Türkiyə və digər ölkələrdəki kimi. Adət-ənənə deyib bunu ömrümüzün sonuna kimi saxlamamalıyıq”.

Adil Qeybulla fikrini belə tamamlayıb:

“Keçmişdə toy adət-ənənəmiz başqa olub. Elə toylar olub ki, 3-7 gün davam edib. Yavaş-yavaş təkminləşərək bu formaya düşüb. Hesab edirəm ki, bundan da daha təmkin dünyada olan formalara gəlməsi lap yaxşı olar. Hesab edirəm ki, payızın sonunda koronavirusun mutasiyaya uğrayaraq yox olması proqrozlaşdırılır. Hesab edirəm ki, yeni ildən sonra normal həyatımıza qayıdacağıq. O zaman da nəinki toyların, digər mərasimlərin keçirilməsinə icazə veriləcək. Amma yenə deyirəm, toyların formatının dəyişməsi mütləqdir”.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Fasilə zamanı.

Redaktor seçimi

SON XƏBƏRLƏR