Slimfit
  1. İQTİSADİYYAT

Əhalinin banklarda nə qədər pulu var?

Əhalinin banklarda nə qədər pulu var?
Sakura

Cari ilin avqust ayının 1-nə əhalinin bank əmanətləri 8 mlrd. 49,5 mln. manat təşkil edib

Cari ilin avqust ayının 1-nə əhalinin bank əmanətləri 8 mlrd. 49,5 mln. manat təşkil edib. 

Mərkəzi Bankdan Oxu.Az-a bildirilib ki, əhalinin xarici valyutada əmanətləri 5 mlrd. 15,6 mln. manat, milli valyutada əmanətlərinin həcmi 3 mlrd. 33,9 mln. manat olub. 

Xarici valyutada əmanətlər bütün əmanətlərin 62,3%-ni, milli valyutada əmanətlər isə  37,7%-ni təşkil edib. 

Hesabat dövründə əhalinin milli valyutada əmanətlərinin həcmi 19,8% artıb. Əmanələrin dollarlaşma səviyyəsi isə azalıb. Belə ki, bu ilin əvvəlinə dollarlaşma 66,5% təşkil edib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yuriy Nikulin "Brilliant əllər" çəklişi zamanı fasilədə nərd oynayır. Bakı. 1968-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR