Slimfit
  1. İQTİSADİYYAT

Əhali banklara niyə depozit qoymaq istəmir? - Daşınmaz əmlakı "əsas" edən SƏBƏB...

Əhali banklara niyə depozit qoymaq istəmir? - Daşınmaz əmlakı "əsas" edən SƏBƏB...
Sakura

Əhali banklara niyə depozit qoymaq istəmir? - Daşınmaz əmlakı "əsas" edən SƏBƏB...

Son dövrlər investisiya dedikdə, insanların ağlına ilk olaraq daşınmaz əmlak gəlir. Bir çox insan banklara depozit qoymaq əvəzinə daşınmaz əmlaka yönəlir.

Hansı daha sərfləlidir? İnsanlar nəyə görə bank depozitlərindən uzaqlaşır?

Məsələ ilə bağlı Trend-in suallarını cavablayan iqtisadçı-ekspert Eldəniz Əmirov bildirib ki, pademiyadan sonra inflasiya artdıqca qeyd edildi ki, ölkədə insanların daşınmaz əmlaka marağı kəskin şəkildə artacaq.

"Yaranmış infilasiya insanların vəsaitlərini dəyərsizləşdirir. Vəsaitlərin dəyərsizləşməsi bankların təklif etdiyi depozit faizlərini udur. Yəni bir insan bu gün banka müəyyən məbləğ qoyduqda, ilin sonunda bankın ona verdiyi depozit faizindən daha çox, o pul dəyər itirir", - deyə o əlavə edib.

Ekspert qeyd edib ki, daşınmaz əmlakda isə vəziyyət bir qədər fərqlidir.

"Daşınmaza əmlaka vəsait qoyan insanlar demək olar ki, nə zaman istəsə həmin əmlakı satışa çıxara bilər və əldə etdiyi vəsait inflasiyanın zərərlərini kompensasiya edə bilir. Hələ sahibinə bir qədər də əlavə divident gətirə bilir. Məhz bu səbəb insanların banklardan daha çox daşınmaz əmlaka üz tutmasına səbəb olur", - deyə E. Əmirov bildirib.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gözəl süni şəlalə

Redaktor seçimi

SON XƏBƏRLƏR