Slimfit
  1. AZƏRBAYCAN

"Əgər Prezident Leyla xanımı bu vəzifəni qəbul etməyə razı sala bilsə..."

"Əgər Prezident Leyla xanımı bu vəzifəni qəbul etməyə razı sala bilsə..."
Sakura

Azərbaycanın İnsan hüquqları üzrə müvəkkil (Ombudsman) postuna yeni namizəd irəli sürüləcəyi ilə bağlı…

Azərbaycanın İnsan hüquqları üzrə müvəkkil (Ombudsman) postuna yeni namizəd irəli sürüləcəyi ilə bağlı hökumətdəki mənbədən verilən məlumatda deyilir ki, bu vəzifəyə seçki 2019-cu ilin mart ayında keçiriləcək. 
 
Qeyd edilir ki, uzun müddətdir İnsan hüquqları üzrə müvəkkil (Ombudsman) vəzifəsində çalışan 81 yaşlı Elmira Süleymanova nəhayət təqaüdə yola salınacaq. Onun yerinə kimin namizəd irəli sürüləcəyi isə hələ müəyyən olunmayıb. Bu namizədin və ya namizədlərin qarşıdakı müddətdə müəyyən olunacağı gözlənilir.
 
Etiraf edək ki, Elmira Süleymanovanın səhhətinin və yaşının bu cür taleyklü və nüfuzlu vəzifəni dolğunluqla daşımasına imkan vermir. Eyni zamanda qanunla da onun fəaliyyət müddəti başa çatıb və cəmiyyət yeni və daha enerjili insan hüquqları üzrə müvəkkilin yolunu gözləyir.
 
Elə Moderator.az-ın əməkdaşı da bu minvalla Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin üzvü, millət vəkili Qüdrət Həsənquliyevin fikirlərini öyrənməyə çalışıb:
- Qanunlar icra olunmalıdır. Əks halda insanlarda qanunlara hörmət itə bilər. Qanunlarla idarə olunmayan cəmiyyəti isə sivil və mədəni hesab etmək olmaz. Elmira xanıma böyük hörmətim olsa da dünyada əvəz olunması mükün olmayan insan yoxdu.
  
- Bu gün cəmiyyətdə mübarizə predmetinə çevrilən bir məsələ də onun xələfinin kim olacağıdır. Həmin vəzifəni Elmira xanımdan sonra kim daha uğurla daşıya bilər?
 
- Mənim qiymətləndirməmə görə Azərbaycan reallığında bu vəzifəni tutan şəxs kifayət qədər nüfuzlu olmalıdır ki, heç kim cəsarət edib insan hüquqlarını pozmasın, tapdalamasın. Prezidentin həmin şəxsə ciddi dəstəyi olmalıdır. Həmin şəxs həm də humanitar fəaliyyəti ilə insanların rəğbətini və etimadını qazanmış olmalı, həmin təsisata korrupsiyanın yol açmasına imkan verməməlidir. Vətəndaşların müraciətləri ciddi araşdırılmalı, günahkarlar layiqli cəzalarını almalıdırlar. Ombudsman institutunun nüfuzu daha da yüksəlməlidir. Bunlarla yanaşı onun onun təhsili və siyasi hazırlığı, işgüzarlığı yetərincə olmalıdır ki, Azərbaycanı həm də beynəlxalq arenada layiqincə təmsil edə bilsin. Ombudsman vəzifəsinə namizəd seçmək Prezidentin səlahiyyətinə aid olan məsələ olsa da hər kəs oz fikrini bildirə bilər. Hazırda bütün bu kriteriyalara cavab verən şəxs kimi adamın gözü önünə ilkin olaraq Leyla Əliyeva gəlir. Əgər Prezident mümkün demaqoqiyalara fikir verməyərək onu bu vəzifəni qəbul etməyə razı sala bilsə, cəmiyyətimiz bundan çox udar. Cəmiyyətimizdə dedi-qodu və hər şeyə dodaq büzmə davranışlarının olduğuna da məncə əhəmiyyət verilməməlidir. Mənim şəxsi qənaətimə görə Leyla xanım bu vəzifəni çox yüksək səviyyədə daşıya bilər, əsassız hüquqpozmaların sayı azalar, hüququ pozulan hər kəsin tərəddüd etmədən üz tutacağı bir ünvan ola bilər. Leyla xanım istənilən digər namizəddən fərqli olaraq bu sahədəki mövcud durumu çəkinmədən birbaşa ölkə başçısına məruzə edə və ondan dəstək alaraq ölkədəki insan haqlarının daha üst səviyyəyə qalxmasına öz töhfəsini verə bilər. Yəni hamı onun statusundan və mövqeyindən çəkinərək belə deyək ki, özünü yığışdırar və nəticədə bundan həm dövlət, həm də millət udar. Onun ingilis və rus dillərini mükəmməl bilməsi, ciddi beynəlxalq əlaqələrə malik olması da əlavə üstünlüyüdür".
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Qaçaq Nəbinin çəkilmiş yeganə şəkli, 1895-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR