Slimfit
  1. SİYASƏT

Əgər həmin vaxt müstəqil olsaydıq... - Prezident

Əgər həmin vaxt müstəqil olsaydıq... - Prezident
Sakura

Əgər həmin vaxt müstəqil olsaydıq... - Prezident

Dövləti qurmaq üçün əsas yollardan biri güclü iqtisadiyyatın yaradılması idi və xarici investisiyalar olmadan bu mümkün deyildi. Ona görə də investisiya yatırmaq üçün xarici şirkətləri cəlb etməyimiz çox aydın idi, lakin haraya investisiya yatırılmalı idi? Xarici şirkətlərin maraq göstərə biləcəyi yeganə sahə neft sahəsi idi.

Axar.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 28-də Bakıda, Heydər Əliyev Mərkəzində Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VI toplantısında bildirib.

"Azərbaycan çox riskli ölkə hesab olunurdu, burada xarici şirkətlərin nümayəndələri özlərini çox narahat hiss edirdilər, onlar üçün hətta qala biləcəkləri normal otellər mövcud deyildi. Əlbəttə ki, bu vəziyyətdə investisiyaları cəlb etmək asan vəzifə deyildi. Lakin biz bunu edə bildik və 1994-cü ilin sentyabr ayında “Azəri-Çıraq-Günəşli” yataqları üzrə müqavilə Azərbaycan və xarici şirkətlərdən ibarət konsorsium tərəfindən imzalandı. Bu, bizim tərəqqiyə, çiçəklənməyə və inkişafa doğru yolumuzun əvvəli idi.

Ona görə də Azərbaycanın müasir tarixində neft amili həlledici rol oynayıb. Keçmişdə - Azərbaycan müstəqil olmadığı zaman, bildiyiniz kimi, ilk dəfə neft Bakıda çıxarılıb və dünyadakı ilk quyu bəlkə də buradan 10 kilometr məsafədə yerləşir. Lakin xalqımız bundan faydalana bilmirdi. Çünki Azərbaycanın müstəqil olmadığı zamanlarda 1 milyard tondan çox neft hasil edilmişdir. Əgər həmin vaxt Azərbaycan müstəqil olsa idi, biz bu gün dünyada ən varlı və çiçəklənən ölkələrdən biri ola bilərdik. Lakin həmin təbii sərvətlər Azərbaycan xalqının maraqlarına xidmət etmirdi. Yalnız biz müstəqil olduqdan sonra bu, baş verdi. Bu günün Azərbaycanı bunun aydın nümunəsidir. Ona görə də 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanması təkcə kommersiya layihəsi deyildi. Bu, bizim üçün həyatda qalmaq layihəsi idi. Bu, bizim üçün dövlətçiliyimizi, iqtisadiyyatımızı gücləndirmək, insanlarımızın daha yaxşı həyatını təmin etmək layihəsi idi. Bunlar hamısı baş verdi. Bizim nümunəmizdə neft lənət deyildi. Neft uğur qazanmaq, güclü ölkə qurmaq, insanlara normal həyat vermək, sabitlik, təhlükəsizlik, qonşularımızla harmoniyada yaşamaq üçün vasitələrdən, ən vacib vasitələrdən biri idi. Bundan sonra Azərbaycana maraq artdı və 1996-cı ildə “Şahdəniz” sazişi imzalandı. Həmin vaxt qaz ölkələrin enerji təhlükəsizliyində o qədər də vacib amil deyildi. Ona görə də “Şahdəniz” sazişinin imzalanması 1994-cü ildə “Azəri-Çıraq-Günəşli” kontraktının imzalanması qədər vacib hesab olunmurdu. Lakin bu günün reallıqları onu göstərir ki, onu vaxtında etmək necə də müdrik addım olub. Daha sonra 1997-ci ildə müqavilədə müəyyən edilmiş ərazidən ilk neft çıxarıldı. Bu baxımdan, düşünürəm ki, bu da rekord idi. Çünki adətən xarici investorlarla müqavilənin imzalanması ilə ilk karbohidrogen ehtiyatlarının çıxarılması arasında vaxt 3 ildən çox olur. Bizdə isə bu, 3 il oldu və bu, bizə imkan verdi ki, iqtisadiyyatın digər sektorlarına investisiya yatırmağa başlayaq. 2002-ci ildə əsas neft boru kəmərinin tikintisi ilə bağlı qərar artıq həyata keçirilmişdi. Çünki Bakı-Tbilisi-Ceyhan kəmərinin praktiki tikintisi başlamışdı. Bundan əvvəl bizim neftimizi Rusiya, Gürcüstan və Qara dəniz limanlarına çatdıran iki boru kəməri Bakı-Novorossiysk və Bakı–Supsa artıq istifadəyə verilmişdi. Ona görə də Bakı-Tbilisi-Ceyhanın 2006-cı ildə açılışı ölkəmizin inkişafında digər bir mərhələ idi. Çünki ondan sonra biz gəlirlər əldə etməyə, infrastruktura və insan kapitalına investisiya yatırmağa başladıq. 2007-ci ildə isə Azərbaycan ilk dəfə beynəlxalq qaz ixracatçısına çevrildi, Bakı-Tbilisi-Ərzurum qaz boru xətti açıldı. Biz hesab edirik ki, planlaşdırdıqlarımızın əksəriyyəti uğurla yerinə yetirildi. Lakin qarşımızda yeni çağırışlar var idi. Biz “Şahdəniz”in, “Şahdəniz-2” layihəsinin tam miqyasda işlənilməsinə başlamalı idik. Əsas qaz boru xətti sistemi olmadan bu, imkansız idi. Ona görə də konsorsium tərəfdaşlarla razılığa gəlmək, yekun investisiya qərarı vermək üçün bizi gözləyirdi və biz buna nail olduq. 2012-ci ildə Azərbaycan və Türkiyə Trans-Anadolu boru kəmərinin - TANAP-ın tikintisi ilə bağlı müqavilə imzaladı. Bundan əvvəl qeyd etdiyim kimi, biz 2011-ci ildə Avropa Komissiyası ilə birgə bəyannamə imzaladıq. Bundan sonra beynəlxalq konsorsium “Şahdəniz-2” ilə bağlı yekun investisiya qərarını verdi və uğurla aparılmış tikintiyə praktiki olaraq start verildi. 2018-ci ildə biz artıq Bakıda - Səngəçal terminalında Cənub Qaz Dəhlizinin rəsmi açılışını etdik və iyunda TANAP-la qaz Türkiyə bazarına çatdı. Artıq dediyim kimi, ötən ilin noyabrında TANAP Avropa sərhədlərinə çatdı. TAP-ın icrası artıq 92 faiz tamamlanıb. Beləliklə, bu, bizim hamımızın uğur hekayəsidir", - Prezident vurğulayıb.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Belçikada göy meşə.

Redaktor seçimi

SON XƏBƏRLƏR