"Əgər dünyada hər milləti qadınlar idarə etsəydi..." - Barak Obama
"Qadınlar, istəyirəm biləsiniz ki, mükəmməl deyilsiniz, amma şübhəsiz biz kişilərdən daha yaxşısınız. Dünyadakı hər bir millət 2 il boyunca qadın tərəfindən idarə edilsəydi, hər mövzuda inkişaf yaşanardı".
Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, bu sözləri keçmiş ABŞ prezidenti Barak Obama Sinqapurda qatıldığı bir proqramda deyib. O, siyasətə qayıdıb-qayıtmayacağı barədə suala isə cavab verərkən yaşlı insanların zamanı gəldiyində kənara çəkilməli olduqlarına inandığını deyib:
"Dünyaya və problemlərə baxsaz əsasən yaşlı insanların, yaşlı kişilərin kənara çəkilmədiklərini görürsünüz. Siyasi liderlərə bunu xatırlatmaq istəyirəm: Orada bir iş görmək üçün durmusunuz, amma, ömür boyu olmursunuz, öz gücünüzə arxalanaraq nə qədər önəmli olduğunuz fikrini yüksəltmək üçün durmursunuz".
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət